. Love.az

Gursel Ismayilzade - Wikipedia - Love.az

Ana Səhifə - Gursel Ismayilzade
Vikipediyada bu soyadlı müxtəlif adamlar haqqında məqalələr var, bax: İsmayılzadə.

Gürsel Qüdrət oğlu İsmayılzadə (15 yanvar 1971, Bakı) — Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri.

Gürsel İsmayılzadə
İsmayılzadə Gürsel Qüdrət oğlu
Azərbaycan Respublikasının
Yaponiyadakı
Fövqəladə və səlahiyyətli səfiri
16 avqust 2011 – 15 yanvar 2019
ƏvvəlkiAzər Hüseyn
Vəzifədədir
12 mart 2020-ci ildən
Şəxsi məlumatlar
Doğum tarixi 15 yanvar 1971(1971-01-15) (54 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Təhsili
  • Tsukuba Universiteti[d],
  • Sofiya Universiteti,
  • Bakı Dövlət Universiteti
Fəaliyyəti diplomat
Atası Qüdrət İsmayılzadə

Təltifləri "Tərəqqi" medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Təltiflər
  • 3 İstinadlar
  • 4 Xarici linklər

Həyatı

redaktə

Gürsel İsmayılzadə 1971-ci il yanvarın 15-i Bakı şəhərində anadan olub. Bakıda fars dili təmayüllü 62 saylı məktəbi gümüş medalla bitirib. 1992-ci ildə BDU Şərqşünaslıq fakültəsi ərəb mütərcimləri bölməsindən məzun olub.

1992–93-cü illərdə AMEA Şərqşünaslıq İnstitutunda çalışıb. 1993-cü ildən Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə III katib vəzifəsinə qəbul edilib.

1996-cı ildən XİN-dən Yaponiya Təhsil Nazirliyinin dəvəti və təqaüdü ilə Yaponiyaya təhsil almağa ezam edilib, Tokionun Cyoçi Universitetinin Beynəlxalq əlaqələr fakültəsinə tədqiqatçı kimi daxil olub. 2000-ci ildə Cyoçi Universitetinin Beynəlxalq əlaqələr fakültəsinin doktorluq proqramına (Ph. D.) daxil olub, 2004-cü ildə Beynəlxalq Əlaqələr üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

2005-ci ildə Yaponiyadakı səfirliyimizdə birinci katib, 2006-cı ildə Səfirliyin müşaviri vəzifəsinə təyin edilib.

2010–11-ci illərdə Xarici İşlər Nazirliyi İkinci (Şərq) Ərazi İdarəsinin müşaviri, nazirin katibliyinin müdiri və nazirin köməkçisi vəzifələrində çalışıb.

16 avqust 2011-ci ildə AR Prezidentinin sərəncamı ilə AR-ın Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib[1].

Prezident İlham Əliyev 15 yanvar 2019-cu ildə Azərbaycanın Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Gürsel Qüdrət oğlu İsmayılzadənin vəzifəsindən geri çağırılması barədə sərəncam imzalayıb[2].

12 mart 2020-ci ildə AR-ın Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri təkrar təyin edilib[3].

İngilis, yapon, rus, ərəb dillərini bilir. Evlidir, bir övladı var.

Atası alim, arxeoloq Qüdrət Seyfulla oğlu İsmayılzadədir. 1934-cü il təvəllüdlü Q. İsmayılzadə tarix elmləri doktoru, professor, BDU Tarix fakültəsinin Arxeologiya və Etnoqrafiya kafedrasının müdiridir.

Təltiflər

redaktə
  • 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni (9 iyul 2019)[4]

İstinadlar

redaktə
  1. ↑ "G.Q.İsmayılzadənin Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2023-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-14.
  2. ↑ "G.Q.İsmayılzadənin Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2023-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-14.
  3. ↑ "G.Q.İsmayılzadənin Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2023-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-14.
  4. ↑ "Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2023-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-14.

Xarici linklər

redaktə
  • Gursel Ismayilzada and Hasan Murat Mercan: Press Conference — YouTube — Qarabağ müharibələrinə cavab olaraq Tokioda mətbuat konfransı 23.10.2020
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Gürsel_İsmayılzadə&oldid=7986836"
LOVE.AZ