Gürsel Qüdrət oğlu İsmayılzadə (15 yanvar 1971, Bakı) — Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri.
Gürsel İsmayılzadə | |
---|---|
İsmayılzadə Gürsel Qüdrət oğlu | |
![]() | |
16 avqust 2011 – 15 yanvar 2019 | |
Əvvəlki | Azər Hüseyn |
Vəzifədədir | |
12 mart 2020-ci ildən | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 yanvar 1971(1971-01-15) (54 yaş) |
Doğum yeri | |
Təhsili |
|
Fəaliyyəti | diplomat |
Atası | Qüdrət İsmayılzadə |
|
|
Təltifləri |
![]() |
![]() |
Gürsel İsmayılzadə 1971-ci il yanvarın 15-i Bakı şəhərində anadan olub. Bakıda fars dili təmayüllü 62 saylı məktəbi gümüş medalla bitirib. 1992-ci ildə BDU Şərqşünaslıq fakültəsi ərəb mütərcimləri bölməsindən məzun olub.
1992–93-cü illərdə AMEA Şərqşünaslıq İnstitutunda çalışıb. 1993-cü ildən Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə III katib vəzifəsinə qəbul edilib.
1996-cı ildən XİN-dən Yaponiya Təhsil Nazirliyinin dəvəti və təqaüdü ilə Yaponiyaya təhsil almağa ezam edilib, Tokionun Cyoçi Universitetinin Beynəlxalq əlaqələr fakültəsinə tədqiqatçı kimi daxil olub. 2000-ci ildə Cyoçi Universitetinin Beynəlxalq əlaqələr fakültəsinin doktorluq proqramına (Ph. D.) daxil olub, 2004-cü ildə Beynəlxalq Əlaqələr üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
2005-ci ildə Yaponiyadakı səfirliyimizdə birinci katib, 2006-cı ildə Səfirliyin müşaviri vəzifəsinə təyin edilib.
2010–11-ci illərdə Xarici İşlər Nazirliyi İkinci (Şərq) Ərazi İdarəsinin müşaviri, nazirin katibliyinin müdiri və nazirin köməkçisi vəzifələrində çalışıb.
16 avqust 2011-ci ildə AR Prezidentinin sərəncamı ilə AR-ın Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib[1].
Prezident İlham Əliyev 15 yanvar 2019-cu ildə Azərbaycanın Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Gürsel Qüdrət oğlu İsmayılzadənin vəzifəsindən geri çağırılması barədə sərəncam imzalayıb[2].
12 mart 2020-ci ildə AR-ın Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri təkrar təyin edilib[3].
İngilis, yapon, rus, ərəb dillərini bilir. Evlidir, bir övladı var.
Atası alim, arxeoloq Qüdrət Seyfulla oğlu İsmayılzadədir. 1934-cü il təvəllüdlü Q. İsmayılzadə tarix elmləri doktoru, professor, BDU Tarix fakültəsinin Arxeologiya və Etnoqrafiya kafedrasının müdiridir.
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |