Gərməçataq (əvvəlki adı: Kərməçatax) — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Gərməçataq kənd inzibati ərazi dairəsində kənd.[1] 1 mart 2003-cü il tarixli 423-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Buzqov kənd inzibati ərazi dairəsi tərkibindəki Kərməçatax kəndi Gərməçataq kəndi adlandırılmış, Gərməçataq kəndi Buzqov kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Gərməçataq kənd inzibati ərazi dairəsi yaradılmışdır.[2]
Gərməçataq | |
---|---|
39°29′29″ şm. e. 45°25′59″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Xəritəni göstər/gizlə
|
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Gərməcataq kəndi şimaldan Ermənistanın kecmiş Əzizbəyov rayonu və şərqdən Şahbuz rayonu ilə həmsərhədir. Dağliq ərazi olmaqla şimal hissədən Qara qüzey və şərqdən Taqniya (1948 m) daği ilə əhatələnir.
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[4] | 479 | 244 | 235 |
2009[5] | ↗523 | ↗270 | ↗253 |
Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Kənddə Gərməçataq kənd tam orta məktəbi fəaliyyət göstərir.[6]
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Kənddə səhiyyə müəssisəsi mövcud deyil.