. Love.az

Galanthus Alpinus - Wikipedia - Love.az

Ana Səhifə - Galanthus Alpinus

Galanthus alpinus (lat. Galanthus alpinus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin amarilliskimilər fəsiləsinin xədicəgülü cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN B1ab (i, ii, v) c (i, ii, iii)+ 2b(i) c (ii,v). Azərbaycanın nadir, Qafqazın endemik növüdür.

Galanthus alpinus
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Birləpəlilər
Dəstə:
Qulançarçiçəklilər
Fəsilə:
Amarilliskimilər
Yarımfəsilə:
Amarilliskimilər
Triba:
Galantheae
Cins:
Xədicəgülü
Növ:
Galanthus alpinus
Beynəlxalq elmi adı
  • Galanthus alpinus Sosn., 1911
Vikianbarın loqotipi
Şəkil
axtarışı
NCBI  197687
EOL  1088801

Mündəricat

  • 1 Botaniki xarakteristikası
  • 2 Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri
  • 3 Yaşayış mühiti
  • 4 Yayılması
  • 5 Sayı və tendensiyası
  • 6 Məhdudlaşdırıcı amillər
  • 7 Mühafizə tədbirləri
  • 8 Yarımnövləri
  • 9 İstinadlar
  • 10 Həmçinin bax

Botaniki xarakteristikası

redaktə

Üzərində çiçək daşıyan gövdəsinin hündürlüyü 10-20 sm-dir və yarpaqlardan uzundur; çiçəkləmə dövründən sonra yarpaqlar böyüyür. Çoxillik ot bitkisidir. Soğanaq 15 mm hündürlükdə, 8-9 (10) mm diametrində, xaricdən parlaq-qonur pulcuqludur. Yarpaqları (çiçəkləmə dövründə) tünd-göy rəngdədir, xətvari, yastı və kütdür, alt tərəfdən fırlıdır, eni 7-15 (20) mm-dir. Çiçəkyanlığının xarici yarpaqcıqları əksinəyumurtaşəkili uzunsovdurlar, uzunluğu 10-20 (25) mm olub, daxili yarpaqcıqlardan uzundur; daxili əksinə yumurtaşəkilli-pazşəkilli yarpaqcıqların uc hissəsi dayaz oyuqludur. Çiçəkyanlığının xarici yarpaqları tərs-yumurtavari, uzunsov, 10-20 (25) mm uzunluğunda, daxildəkilərdən 2 dəfə uzundur. Daxildəkilər tərs – yumurtavari, pazşəkilli, dərin olmayan, oyuqlu, təpə hissəsində yaşıl ləkə var. Meyvəsi üç yuvalı, uzunsov və ya yumru, 7-25 mm uzunluqda, 4-20 mm enində, yaşıl, tam yetişən vaxtı sarı rənglidir. Toxumcaların sayı 6-27 arasında olur. BQ qərbi, BQ Quba sahəsinin rayonlarında aşağı və orta dağ qurşağında yayılmışdır. Meşələrdə, meşə talalarında, kolluqlar arasında bitir. Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş nadir növdür.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

redaktə

Çiçəkləmə və meyvə əmələgəlmə dövrü fevral-mart (aprel) aylarına təsadüf edir. Soğanaqla, toxumla çoxalır. Aşağı və orta dağ qurşağında, meşədə, talada, koluqlar arasında rast gəlinir. Dekorativ bitkidir.

Yaşayış mühiti

redaktə

Meşələrdə, meşə kənarında, kolluqlar arasında rast gəlinir.

Yayılması

redaktə

Böyük Qafqazın Quba və qərb hissələri, Kiçik Qafqazın şimalı və mərkəzi.

Sayı və tendensiyası

redaktə

Populyasiyası nadirdir, antropogen amillərdən asılıdır. Fraqmentləşmiş sahənin və yaşayış mühitinin keyfiyyətinin davamlı surətdə azlaması müşahidə olunur.

Məhdudlaşdırıcı amillər

redaktə

Dekorativ bitki kimi yığılması, otların biçilməsi, mal-qara tərəfindən tapdalanması.

Mühafizə tədbirləri

redaktə

Xüsusi qorunma tədbirləri görülməmişdir. 

Yarımnövləri

redaktə
  • Galanthus alpinus var. alpinus
  • Galanthus alpinus var. bortkewitschianus (Koss) A.P.Davis

İstinadlar

redaktə

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Galanthus_alpinus&oldid=7685754"
LOVE.AZ