. Love.az

Georgi Vayner - Wikipedia - Love.az

Ana Səhifə - Georgi Vayner

Georgi Aleksandroviç Vayner — Rusiya yazıçısı.

GEORGİ VAYNER
Doğum tarixi 10 fevral 1938
Doğum yeri Moskva, Rusiya
Vəfat tarixi 11 iyun 2009 (71 yaşında)
Vəfat yeri Nyu-York, ABŞ
Fəaliyyəti yazıçı, jurnalist, ssenarist, redaktor, mühəndis
Fəaliyyət illəri 1960-cı ildən
Əsərlərinin dili rus dili
Janrlar detektiv, nəsr
Üzvlüyü
  • SSRİ Yazıçılar İttifaqı
Mükafatları "Şərəf nişanı" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Georgi Vayner 10 fevral 1938-ci ildə Moskva şəhərində doğulub. O, qardaşı Arkadi ilə birlikdə bir çox detektiv romanı yazarıdır. Qardaşı ilə yazdığı 150-dən çox kitabın arasında "Ya sledovatel" ("Mən təhqiqatçıyam"), "Vizit k Minotavru", "Qonki po vertikali", "Çası dlya mistera Kelli" kimi ünlü əsərlər də var. 1979-cu ildə rejissor Stanislav Qovoruxin Vaynerlərin "Era miloserdiya" kitabı əsasında məşhur "Görüş yerini dəyişmək olmaz" filmini çəkib.

1990-cı ildən bəri ABŞ-də yaşayırdı. O, 11 iyun 2009-cu ildə vəfat edib[1].

G. Vayner keçmiş SSRİ Yazıçılar İttifaqının və Daxili İşlər Nazirliyinin çoxsaylı mükafatlarına layiq görülüb.

İstinadlar

redaktə
  1. ↑ "Məşhur yazıçı Georgi Vayner vəfat edib" (az.). deyerler.org. 13 iyun 2009 [16:07]. 2013-03-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-11-20.

Xarici keçidlər

redaktə
Yazıçı haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Georgi_Vayner&oldid=7031244"
LOVE.AZ