. Love.az

Girde Xul - Wikipedia - Love.az

Ana Səhifə - Girde Xul

Girdə xul (lat. Neogobius melanostomus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin xul cinsinə aid heyvan növü. Başqa növlərdən bədəninin xarakter quruluşuna görə fərqlənir.

Girdə xul
Elmi təsnifat
Domen:
Eukariotlar
Ranqsız:
Amorphea
Ranqsız:
Obazoa
Ranqsız:
Opisthokonta
Ranqsız:
Holozoa
Ranqsız:
Filozoa
Aləm:
Heyvanlar
Yarımaləm:
Eumetazoylar
Klad:
ParaHoxozoa
Klad:
İkitərəflisimmetriyalılar
Klad:
Nephrozoa
Tipüstü:
Sonağızlılar
Tip:
Xordalılar
Klad:
Olfactores
Yarımtip:
Onurğalılar
İnfratip:
Ağızçənəlilər
Klad:
Eugnathostomata
Klad:
Teleostomi
Sinifüstü:
Sümüklü balıqlar
Sinif:
Şüaüzgəclilər
Ranqsız:
Actinopteri
Yarımsinif:
Neopterygii
İnfrasinif:
Sümüklü balıqlar
Ranqsız:
Acanthomorpha
Dəstəüstü:
Acanthopterygii
Klad:
Percomorpha
Dəstə:
Xulkimilər
Fəsilə:
Xullar
Cins:
Xul
Növ:
Girdə xul
Beynəlxalq elmi adı
  • Neogobius melanostomus Pall., 1814[1]
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  172072
NCBI  47308

Mündəricat

  • 1 Morfoloji əlamətləri
  • 2 Yayılması
  • 3 Yaşayış yeri və həyat tərzi
  • 4 Çoxalması
  • 5 Təsərrüfat əhəmiyyəti
  • 6 İstinadlar
  • 7 Həmçinin bax

Morfoloji əlamətləri

redaktə

Baş və bədəni dəyirmi və bir qədər qısaldılmış formadadır. Dodaqları bir qədər ətli formadadır. Alnının eni gözünün diametrinə bərabərdir. Ağzı kiçikdir və gözün ön kənarına qədər çatmır. Qarun üzgəci anusa qədər çatır. Birinci bel üzgəcində böyük qara ləkə olur. Burnu kütdür. Bədəni piqmentlidir. Bədəninin yanlarında uzunsov tünd-qonur ləkələr olur.

Yayılması

redaktə

Girdə xul Xəzər dənizinin sahil boyu çox dərin olmayan sahələrində yayılmışlar. Eyni zamanda çaylarda, göllərdə və su anbarlarında təsadüf olunur. Həmçinin Azov və Qara dənizlərinin, o sıradan çayların, göllərin, su anbarlarının ən adi xulkimi növüdür. Xaçmazdan Astaraya qədər kütləvi növ sayılır. Şimal-Şərqdə isə onun sayı azalır.

Yaşayış yeri və həyat tərzi

redaktə

Girdə xulun qidasını dənizdə yaşayan molyuskalar təşkil edir. Molyuskalar içərsində əsas yeri metilaster tutur.

Çoxalması

redaktə

2-3 yaşında cinsi yetişkənliyə çatır. Volqanın deltasında və Dağıstan sahillərində may-iyun aylarında, Azərbaycan sahillərində isə may - sentyabr aylarında çoxalırlar. Dişi girdə xulun hər biri 328-1331 ədəd kürü verir. Kürüsünü hissə-hissə tökür.

Təsərrüfat əhəmiyyəti

redaktə

Vətəgə əhəmiyyəti yoxdur, həvəskar balıqçılar tərəfindən ovlanır.[2]

İstinadlar

redaktə
  1. ↑ Integrated Taxonomic Information System (ing.). 1996.
  2. ↑ Əsgerov F.S., Zaytsev Y.Y., Qasımov R.Y., Quliyev Z.«Biomüxtəliflik: Xəzərin əsrarəngiz balıqları» “Bəşər-XXI” nəşriyyatı, Bakı, 2003,  səh76.

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Girdə_xul&oldid=8005964"
LOVE.AZ