Hündür podokarp (lat. Podocarpus elatus) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinin araukariyalar dəstəsinin podokarpkimilər fəsiləsinin podokarp cinsinə aid bitki növü.
Hündür podokarp | ||||||||
---|---|---|---|---|---|---|---|---|
![]() | ||||||||
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Şöbə: Sinif: Yarımsinif: Dəstə: Fəsilə: Cins: Növ: Hündür podokarp |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Avstraliyada Cənubi Uelsin şərqində və Kvinslenddə bitən bitki.
Hündürliyi 30–36 m-ə qədər və gövdəsinin qalınlığı 1,5 m-ə qədər olan, qonur və ya tünd-qonur qabıqlı, orta ölçülü və ya iri, həmişəyaşıl ağacdır. Yarpaqları neştərvaridir, uzunluğu 5-15 sm və eni 6–18 mm-dir. Mikrostrobilləri xırdadır, spiral şəklində yerləşmiş çoxsaylı xırda mikrosporofillərdən ibarətdir və hərəsində 2 mikrosporangi vardır. Meqastrobil reduksiyaya uğramışdır və toxum qabığı ilə əhatə olunmuş bir toxum rüşeymindən ibarətdir. Bəzən toxum qabığı tamamilə olmur. Mayda iyulda çiçəkləyir. Erkək strobilləri ensiz-silindirik, sırğavari, uzunluğu 3 sm olub, təxminən oturaqdır. Dişi qozaları saplaqlı, tək, azsaylı qabıqlıdır, yarpaq qoltuğunda yerləşir. Meyvələri al-qırmızıdır, göy mum çöküntüsü ilə örtülmüş, ətlidir. Diametri 2-2,5 sm-dir. Hər meyvədə diametri təxminən 1 ədəd oval və ya kürəşəkilli toxum yerləşir, ətli meyvələri yeməlidir. Oduncağından mebel istehsalında istifadə edilir.
Azərbaycanda Abşeronda, Lənkəranda yaşıllıqlarda rast gəlinir.