Hüseyn Səlami (1960, Gülpayigan, Pəhləvilər İranı[d] – 13 iyun 2025[1], Tehran) — İran hərbi lideri, general-mayor. İranın İnqilab Keşikçiləri Korpusunun rəisi (2019–2025).
Hüseyn Səlami | |
---|---|
fars. حسین سلامی | |
![]() | |
21 aprel 2019 – 13 iyun 2025 | |
Əvvəlki | Məhəmməd Əli Cəfəri |
Sonrakı | Məhəmməd Pakpur |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1960 |
Doğum yeri |
|
Vəfat tarixi | 13 iyun 2025(2025-06-13)[1] |
Vəfat yeri | |
Vəfat səbəbi | hava zərbəsi |
Təhsili |
|
Fəaliyyəti | hərbi qulluqçu, siyasətçi |
Dini | şiəlik |
Hərbi xidmət | |
Mənsubiyyəti | İran |
Qoşun növü | İslam İnqilabı Keşikçiləri Korpusu |
Döyüşlər | |
Rütbəsi | general-mayor[2] |
Təltifləri |
![]() |
![]() |
Hüseyn Səlami 1960-cı ildə İranın İsfahan vilayətinin Gülpayigan şəhərində anadan olub.
1978-ci ildə İran Elm və Texnologiya Universitetində maşın mühəndisliyi üzrə təhsilə alıb. Lakin İran-İraq müharibəsi başlayandan sonra İran İslam İnqilabı Keşikçiləri Korpusuna qoşulub və müharibədən sonra təhsilini davam etdirib.
İran-İraq müharibəsi zamanı Salami İsfahanda İnqilab Keşikçiləri Korpusunun bölmələrində xidmət edib. O, 2005-ci ildə SEPAH-ın Hərbi Hava Qüvvələrinin komandanı olub. 2009-cu ildə isə baş komandanın müavini təyin edilib.[3]
Tehranda Ali Milli Təhlükəsizlik Universitetində də müxtəlif vəzifələrdə çalışıb.
2019-cu il aprelin 21-də İranın dini lideri Əli Xamenei tərəfindən SEPAH-ın komandanı təyin edilib. Xidməti dövründə ABŞ, İsrail və Səudiyyə Ərəbistanına qarşı sərt mövqeyi ilə diqqət çəkib.[4]
Salami müxtəlif vaxtlarda ABŞ və BMT tərəfindən sanksiyalara məruz qalıb. O, 2006-cı ildə BMT Təhlükəsizlik Şurası, 2007-ci ildə isə ABŞ Maliyyə Nazirliyi tərəfindən İranın nüvə və ballistik raket proqramları ilə əlaqəsinə görə sanksiya siyahısına salınıb.