Hüseyn Ağamalı oğlu Xəlilov (27 oktyabr 1942, Qaryagin rayonu – 8 may 2021, Bakı) — AMEA H.Əliyev adına Coğrafiya İnstitutu Geomorfologiya və təbii risklər şöbəsinin şöbə rəhbəri. Coğrafiya elmləri doktoru, professor.
Hüseyn Xəlilov | |
---|---|
Hüseyn Ağamalı oğlu Xəlilov | |
![]() | |
Doğum tarixi | |
Doğum yeri | Hüngütlü, Füzuli rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (78 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı |
![]() ![]() |
Həyat yoldaşı | Gövhər Yusif qızı Xəlilova |
Uşağı | Aynurə Hüseyn qızı Xəlil |
Atası | Ağamalı oğlu |
Milliyyəti | azərbaycanlı |
İxtisası | coğrafiyaçı |
Təhsili | Azərbaycan Dövlət Universitetinin Geologiya-Coğrafiya fakültəsi |
Fəaliyyəti | 1966-cı il |
Elmi dərəcəsi | |
Mükafatları |
H.A.Xəlilov 1942-ci ildə Azərbaycanın Füzuli rayonunun Hüngütlü kəndində anadan olmuşdur.
1980-ci ildə Kiçik Qafqazın şimal-qərb hissəsinin morfostruktur təhlili mövzusunda namizədlik, 2004-cü ildə "Kiçik Qafqazın şərq hissəsi timsalında morfostruktur və paleogeomorfoloji təhlil və relyefin öyrənilməsinin axtarış əhəmiyyəti" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Xəlilovun əsas elmi tədqiqat istiqaməti Azərbaycanda geomorfologiya elminin nəzəri və tətbiqi məsələlərinin həlli ilə yanaşı litosferin quruluşu və inkişafı qanunauyğunluqlarının, plitələrin Qlobal tektonikasına aid problemlərinə öyrənilməsinə yönəldilmişdir. O, bu elmi istiqamətin metodoloji əsaslarını işləmiş, morfostruktur və paleogeomorfoloji şəraitin elmi təhlilini vermişdir. Azərbaycanda ilk dəfə olaraq hidroqrafik şəbəkənin qırılma tektonikası və onun faydalı yataqların axtarışında rolu məsələsini tədqiq etmişdir. H.A.Xəlilov bir sıra mühüm elmi hesabatların müəllifi və müştərək icraçısıdır. O, "Azərbaycanın neotektonik xəritəsi", (1991) "Azərbaycanın konstruktiv coğrafiyası", (1996, 1999, 2000) "Azərbaycanın paleogeomorfologiyası","Azərbaycanın relyefi" (1993)və b.monoqrafiyaların əsas müəlliflərindəndir.[2]