Hədət əl-Həmra' (ərəb. الحدث الحمراء; mənası – Qırmızı Hədət) və ya Adata (q.yun. Ἃδατα) — Tavr dağları yaxınlıqlarında, indiki Türkiyənin cənub-şərqində qədim şəhər. Şəhər Bizans-ərəb müharibələrində əhəmiyyətli rol oynamışdır.
Hədət | |
---|---|
ərəb. الحدث الحمراء | |
![]() Anadoludakı Bizans-ərəb cəbhə bölgəsinin xəritəsi. | |
![]() | |
37°42′25″ şm. e. 37°27′36″ ş. u.HGYO | |
Ölkə |
Şəhər Tavr–Aladağlar dağ silsəsinin təqribən 1,000 metr (3,300 ft) yüksəkliyində, Adıyaman vilayətinin Gölbaşı rayonundakı Ağsu çayı yaxınlıqlarında yerləşirdi. Şəhərin dəqiq yeri naməlumdur.[1][2]