Məhəmməd Hənəfi Həsən oğlu Terequlov (7 (19) noyabr 1877[1], Tiflis – 18 dekabr 1942[1], Bakı) — Azərbaycan aktyoru, opera müğənnisi, bariton, teatr xadimi və ictimai xadim, Azərbaycanda opera xorunun banilərindən biri.[2][3]
Hənəfi Terequlov | |
---|---|
Məhəmməd Hənəfi Həsən oğlu Terequlov | |
![]() | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 7 (19) noyabr 1877[1] |
Doğum yeri | |
Vəfat tarixi | 18 dekabr 1942(1942-12-18)[1] (65 yaşında) |
Vəfat yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | opera müğənnisi, aktyor, teatr xadimi, inqilabçı, siyasi fəal[d] |
Təhsili | |
Mükafatları |
![]() |
![]() |
Məhəmməd Hənəfi Terequlov 1877-ci il noyabrın 7-də (yeni təqvimlə 19-da) Tiflisdə anadan olmuşdur. Hənəfi Terequlov Zaqafqaziya Müəllimlər Seminariyasında pedaqoji təhsil alaraq həmin seminariyanın tam kursunu bitirmiş və ibtidai məktəb müəllimi adına layiq görülərək bu haqda şəhadətnamə əldə etmişdir. O,1900-cu ildən etibarən Bakı şəhər məktəblərində müəllimlik fəaliyyətinə başlamışdır. Bundan əvvəlki dövrlərdə isə Hənəfi Terequlov Bakı Şəhər Duması nəzdindəki Məktəb Komissiyasının 3 iyun 1899-cu il qərarına əsasən Əştərəkdəki məktəbdə müəllim vəzifəsinə təyin edilmişdir.[4]
O, Tiflisdə apardığı bolşevik təbliğatına görə 1909-cu ildə növbəti dəfə həbs olunub.[5]
Hənəfi Terequlov Üzeyir Hacıbəyovun həyat yoldaşı Məleykə Terequlova-Hacıbəyovanın və Müslüm Maqomayevin həyat yoldaşı Baydıgül Terequlovanın qardaşıdır.[3]
Musiqiçi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |