. Love.az

Henefi Terequlov - Wikipedia - Love.az

Ana Səhifə - Henefi Terequlov

Məhəmməd Hənəfi Həsən oğlu Terequlov (7 (19) noyabr 1877[1], Tiflis – 18 dekabr 1942[1], Bakı) — Azərbaycan aktyoru, opera müğənnisi, bariton, teatr xadimi və ictimai xadim, Azərbaycanda opera xorunun banilərindən biri.[2][3]

Hənəfi Terequlov
Məhəmməd Hənəfi Həsən oğlu Terequlov
Ümumi məlumatlar
Doğum tarixi 7 (19) noyabr 1877[1]
Doğum yeri
  • Tiflis, Tiflis quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 18 dekabr 1942(1942-12-18)[1] (65 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Musiqiçi məlumatları
Fəaliyyəti opera müğənnisi, aktyor, teatr xadimi, inqilabçı, siyasi fəal[d]
Təhsili
  • Zaqafqaziya Müəllimlər Seminariyası (–1899)
Mükafatları Əmək Qəhrəmanı — 1927
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Filmoqrafiya
  • 3 İstinadlar
  • 4 Mənbə

Həyatı

redaktə

Məhəmməd Hənəfi Terequlov 1877-ci il noyabrın 7-də (yeni təqvimlə 19-da) Tiflisdə anadan olmuşdur. Hənəfi Terequlov Zaqafqaziya Müəllimlər Seminariyasında pedaqoji təhsil alaraq həmin seminariyanın tam kursunu bitirmiş və ibtidai məktəb müəllimi adına layiq görülərək bu haqda şəhadətnamə əldə etmişdir. O,1900-cu ildən etibarən Bakı şəhər məktəblərində müəllimlik fəaliyyətinə başlamışdır. Bundan əvvəlki dövrlərdə isə Hənəfi Terequlov Bakı Şəhər Duması nəzdindəki Məktəb Komissiyasının 3 iyun 1899-cu il qərarına əsasən Əştərəkdəki məktəbdə müəllim vəzifəsinə təyin edilmişdir.[4]

O, Tiflisdə apardığı bolşevik təbliğatına görə 1909-cu ildə növbəti dəfə həbs olunub.[5]

Hənəfi Terequlov Üzeyir Hacıbəyovun həyat yoldaşı Məleykə Terequlova-Hacıbəyovanın və Müslüm Maqomayevin həyat yoldaşı Baydıgül Terequlovanın qardaşıdır.[3]

Filmoqrafiya

redaktə
  1. Arşın mal alan (film, 1917) (tammetrajlı bədii film) — rol: Vəli
  2. Qız qalası əfsanəsi (film, 1923) (tammetrajlı bədii film)

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы, 1976. C. 9. S. 205–206.
  2. ↑ Терегулов Һәнифә // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. IX ҹилд: Спутник—Фронтон. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1986. С. 205–206.
  3. ↑ 1 2 Terequlov Hənəfi // Üzeyir Hacıbəyov Ensiklopediyası. Bakı: Şərq-Qərb. 2007.
  4. ↑ Səfərov, Rafiq. "Hənəfi Terequlovun həyatının açılmamış səhifələri haqqında". Milli Arxiv İdarəsi. 2024-11-07. İstifadə tarixi: 2024-11-08.
  5. ↑ "Azərbaycanın məşhur opera müğənnisinin Tiflisdə həbsi zamanı çəkilən fotoları – Gürcüstan arxivindən". aziz.ge. 2024-08-14. 2024-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-10.

Mənbə

redaktə
  • Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004. səh. 17–20.
Musiqiçi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Hənəfi_Terequlov&oldid=7852875"
LOVE.AZ