Hərbi kamuflyaj — Silahlı Qüvvələr tərəfindən şəxsi heyətin və texnikanın düşmən qüvvələrinin müşahidəsindən mühafizə edilməsi məqsədilə istifadə edilən kamuflyajdır[1][2]. Hərbi yanıltmanın növlərindən biri olub, hərbi taktikalarda tez-tez istifadə olunur[3]. Praktiki olaraq nəqliyyat vasitələri, gəmilər, təyyarələr, silah mövqeləri və döyüş geyimləri daxil olmaq şərti ilə bütün növ hərbi texnikalara rəng və materialların tətbiqi deməkdir[4]. Hava döyüş texnikalarını, hərbi gəmiləri, sualtı qayıqları, raketləri, peykləri və ümumiyyətlə orduya məxsus olan bütün təchizatın düşmənə daha az görünən olması üçün xüsusi olaraq Stels texnologiyaları yaradılmışdır.
Vikianbarda Hərbi kamuflyaj ilə əlaqəli mediafayllar var. |