. Love.az

Habbl Sabiti - Wikipedia - Love.az

Ana Səhifə - Habbl Sabiti
Bu məqaləni vikiləşdirmək lazımdır.
Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin.

Habbl sabiti - sürət artmasının məsafə artımına nisbətini ifadə edir. Onun astronomik mənası, sürət ilə məsafənin mütənasibliyinin bütün qalaktikalar üçün eyni olmasıdır.

Mündəricat

  • 1 Qiyməti
  • 2 İstifadə olunduğu yerlər
    • 2.1 Habbl qanunu
    • 2.2 Kainatın yaşının hesablanması
    • 2.3 Böhran sıxlığının hesablanması

Qiyməti

redaktə

Hazırda Habbl sabiti 1 000 000 işıq ili üçün

23 k m / ( s a n ⋅ m i l y o n i . i ) {\displaystyle 23km/(san\cdot milyoni.i)}  

İşıq ili - işıq sürətinin bir ildə qət etdiyi yoldur:

1 i . i = 9 , 46 ⋅ 10 12 k m {\displaystyle 1i.i=9,46\cdot 10^{12}km}  

İstifadə olunduğu yerlər

redaktə

Habbl sabiti aşağıdakı hesablamalarda istifadə olunur. Habbl sabitinin qiyməti təqribi də olsa, Kainatın yaşını müəyyən etməyə imkan verir. Bunun üçün milyon işıq ilini Habbl sabitinə bölünməsi kifayət edir.

Habbl qanunu

redaktə

Habbl qanununa əsasən iki qalaktikanın bir-birinə nəzərən uzaqlaşma sürətinin təyini üçün Habbl sabiti istifadə edilir.

Kainatın yaşının hesablanması

redaktə

Habbl sabitinin qiyməti təqribi də olsa, Kainatın yaşını müəyyən etməyə imkan verir. Bunun üçün milyon işıq ilini Habbl sabitinə bölünməsi kifayət edir.

10 6 i . i 23 k m / s a n = 9 , 46 ⋅ 10 6 ⋅ 10 12 k m 23 ⋅ 365 , 25 ⋅ 24 ⋅ 3600 k m / s a n = 13 , 04 ⋅ 10 9 i l {\displaystyle {\frac {10^{6}i.i}{23km/san}}={\frac {9,46\cdot 10^{6}\cdot 10^{12}km}{23\cdot 365,25\cdot 24\cdot 3600km/san}}=13,04\cdot 10^{9}il}  

Bu qiymət qalaktikanın sabit sürətlə genişlənməsini fərz edilməklə, kalaktikalar arasında cazibə qüvvəsi nəzərə alınmadan hesablanmışdır. Bu və digər effektləri nəzərə alaraq hesablanmış qiymət isə 13,04·109 ilə bərabər hesab edilir.

Böhran sıxlığının hesablanması

redaktə

Böhran sıxlığı Kainatın sıxlığının elə bir nöqtəsidir ki, sıxlıq bu həddə çatdıqdan sonra Kainatın genişlənməsi dayanır və sıxılmağa başlayır.

ρ = 3 H 2 8 π G {\displaystyle \rho ={\frac {3H^{2}}{8\pi G}}}  

Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Habbl_sabiti&oldid=8040115"
LOVE.AZ