. Love.az

Haci Ibrahim Pasa - Wikipedia - Love.az

Ana Səhifə - Haci Ibrahim Pasa

Hacı İbrahim Paşa (ö. dekabr 1604) — III Murad, III Mehmed və I Əhməd səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi.

Hacı İbrahim Paşa
Misir bəylərbəyi
ƏvvəlkiMalqoç Yavuz Əli Paşa
SonrakıGürcü Xədim Mehmed Paşa
Şəxsi məlumatlar
Doğum tarixi XVI əsr
Vəfat tarixi dekabr 1604
Vəfat yeri Misir əyaləti, Osmanlı imperiyası

Həyatı

redaktə

Doğum tarixi və əsli haqqında məlumat yoxdur. Qazı olaraq xidmət etdikdən sonra Hələb əyalətinin dəftərdarı oldu. 1582-1583, 1585-1588 və 1591-1594-cü illərdə 3 dəfə baş dəftərdar olaraq xidmət etmişdir. 1594-cü ildə Konya bəylərbəyi olaarq Anadoluya göndərildi. Burada davam edən Cəlali üsyanıyla mübarizə apardı. 1596-cı ildə vəzifədən alınsa da, 1598-ci ildə Hələb bəylərbəyi, daha sonra altıncı vəzir olaraq Cəlali üsyançısı Qarayazıcıoğlunun üzərinə göndərildi. 1600-cü ildə bu üsyançıya məğlub oldu və ardından vəzifədən alınaraq Konyaya sürgün edildi. 1603-cü ilin dekabrında Misir bəylərbəyi olsa da, bir il sonra bölgədə çıxan üsyanda qətlə yetirildi (dekabr 1604).

Mənbə

redaktə
  • Sicill-i Osmani III, səh. 101
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Hacı_İbrahim_Paşa&oldid=6908831"
LOVE.AZ