. Love.az

Haci Emrulla Hamami - Wikipedia - Love.az

Ana Səhifə - Haci Emrulla Hamami

Hacı Əmrulla hamamı — günbəzli hamam olub, Sumqayıt şəhərinin Corat qəsəbəsi mərkəzindən keçən Sülh küçəsində, Corat cümə məscidinin qarşı tərəfində yerləşir. Günbəzşəkilli olan bu hamam dövlət tərəfindən mühafizə edilir.

Hacı Əmrulla hamamı
Ölkə  Azərbaycan
Şəhər Sumqayıt
Yerləşir Corat qəsəbəsi, Sülh küçəsi
Sifarişçi Hacı Əmrulla
Tikilmə tarixi XVII əsr[1]
Üslubu Şirvan-Abşeron memarlıq məktəbi

Tarixi

redaktə

Corat sakini Hacı Əmrulla bəyin sifarişi ilə XVII əsrdə tikilməsi qeyd olunur. Qəsəbə sakinləri arasında təzə hamam olaraq tanınır[2]. Corat qəsəbəsində mövcud olmuş iki hamamdan biridir.

Həmçinin bax

redaktə
  • Hacı Məcid hamamı

İstinadlar

redaktə
  1. ↑ "Sumqayıtın memarlıq abidələri". 2021-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-13.
  2. ↑ "Sumqayıtın 2000 illik tarixi olan Corat qəsəbəsi". 2021-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-13.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Hacı_Əmrulla_hamamı&oldid=6622284"
LOVE.AZ