. Love.az

Haci Qadir Qedirzade - Wikipedia - Love.az

Ana Səhifə - Haci Qadir Qedirzade

Hacı Qadir İbrahim oğlu Qədirzadə (20 may 1948, Cəhri, Naxçıvan rayonu – 8 mart 2018) — tarixçi-etnoqraf, tarix elmləri doktoru (2005). AMEA-nın müxbir üzvü (2007).[1]

Hacı Qadir Qədirzadə
Qədirzadə Qadir İbrahim oğlu
Doğum tarixi 20 may 1948(1948-05-20)
Doğum yeri
  • Cəhri, Naxçıvan rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 8 mart 2018(2018-03-08) (69 yaşında)
Elm sahəsi etnoqrafiya
Elmi dərəcəsi tarix elmləri doktoru
Elmi adı Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü
İş yerləri
  • Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu
Alma-mater Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialı
Mükafatları "Tərəqqi" medalı

Mündəricat

  • 1 Həyatı
  • 2 Təltif və mükafatları
  • 3 Əsas elmi əsərlərinin adları
  • 4 İstinadlar
  • 5 Xarici keçidlər

Həyatı

redaktə

Azərbaycan Dövlət Pedoqoji İnstitutunun (indiki Azərbaycan Pedoqoji İnstitutu) Naxçıvan filalını bitirmiş (1971), Cəhridə müəllim işləmişdir (1971-75).

AMEA-nın Regional Elm Mərkəzində (indiki AMEA-nın Naxçıvan Bölməsi) kiçik elmi işçi, arxeologiya, etnoqrafiya və folklor şöbəsinin (1979-86), Arxeologiya və Etnoqrafiya şöbəsinin (1987-92) müdiri, elmi işlər üzrə direktor müavini (1992-2002) işləmişdir.

2003-cü ildən 2018-ci ilə qədər AMEA Naxçıvan bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işlər üzrə direktor müavini olub. Elmi fəaliyyətində ailə-məişət məsələləri, etnik tarix, etnik-mədəni münasibətlər, etnodemoqrafik proseslər, inanclar sistemi,türk xalqları arasında etnogenetik əlaqələrin öyrənilməsi əsas yer tutur. 150-dən çox elmi, elmi puplisistik məqalənin bir neçə kitabın müəllifidir. Əsərləri Moskvada, Ankarada, İstanbulda və digər yerlərdə dərc olunmuşdur. Beynəlxalq elmi məclislərdə məruzələr etmişdir.

8 mart 2018-ci ildə vəfat edib.[2]

Təltif və mükafatları

redaktə
  • 2009 - Tərəqqi medalı

Əsas elmi əsərlərinin adları

redaktə
  1. Əshabi Kəhf: Müqəddəslik, tarixilik və inancların genezisi. Bakı, 2002
  2. Ailə və məişətlə bağlı adətlər, inamlar, etnogenetik əlaqələr. Bakı, 2003
  3. Adetler, inanclar və türklerin soy kütügü meselesi. Ankara, 2005
  4. Həzrəti insan. Bakı, 2005
  5. Cəhriçay vadisi. Naxçıvan, 2007
  6. Nuh peyğəmbər, Dünya Tufanı və Naxçıvan, Naxçıvan, 2008
  7. Türkün müalicəsi türkaçarə. Naxçıvan, 2010
  8. Naxçıvan: Nuh baba və Türk atadan gələn yol. Naxçıvan, 2011

İstinadlar

redaktə
  1. ↑ "Qədirzadə Hacı Qadir İbrahim oğlu" (az.). science.gov.az. 2017. 2018-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-31.
  2. ↑ "Azərbaycan elminə ağır itki üz verib". 2018-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-08.

Xarici keçidlər

redaktə
  • AMEA Arxivləşdirilib 2014-08-20 at the Wayback Machine
  • Naxçıvan Ensklopediyası (I cild səhifə 335)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Hacı_Qadir_Qədirzadə&oldid=6622250"
LOVE.AZ