Hacıhəsənli — Azərbaycan Respublikasının Tovuz rayonunun Kirən kənd inzibati ərazi dairəsində kənd.[2]
Hacıhəsənli | |
---|---|
40°49′12″ şm. e. 45°37′59″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Xəritəni göstər/gizlə
|
Oykonim hacıhəsənli nəslinin adını əks etdirir.[3]
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Kənd Əsrikçayın sahilində, dağlıq ərazidə yerləşir.
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[4] | 519 | 270 | 249 |
2009[5] | ↗604 | ↗311 | ↗293 |
Kənddə Hacıhəsənli kənd kitabxana filialı fəaliyyət göstərir.[6]
Kənddə Yusif Alıyev adına Hacıhəsənli kənd tam orta məktəbi fəaliyyət göstərir.[7][8] 96 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılmasına 5 aprel 2018-ci il tarixli "Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı"na əsasən 425 000 manat vəsait ayrılmışdır.[9]
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Kənddə səhiyyə müəssisəsi mövcud deyil.