. Love.az

Hamidi - Wikipedia - Love.az

Ana Səhifə - Hamidi

Hamidi (1407, İsfahan – 1485, İstanbul) — azərbaycanlı şair, XV əsr Azərbaycan ədəbiyyatının nümayəndələrindən biri.

Hamidi
Doğum tarixi 1407
Doğum yeri
  • İsfahan, Mərkəzi bəxşi[d], İsfahan şəhristanı, İsfahan ostanı, İran
Vəfat tarixi 1485
Vəfat yeri
  • İstanbul, Osmanlı imperiyası
Milliyyəti türk
Fəaliyyəti şair, tarix, yazıçı, tarixçi
Əsərlərinin dili Azərbaycan dili, ərəb dili, Osmanlı dili, fars dili
Janrlar qəzəl, qəsidə, qitə, şeir, divan
Vikimənbənin loqosu Hamidi Vikimənbədə

Mündəricat

  • 1 Həyatı
  • 2 Yaradıcılığı
  • 3 İstinadlar
  • 4 Mənbə
  • 5 Xarici keçidlər

Həyatı

redaktə

Hamidi türk,fars və ərəbcə müxtəlif janrda şeirlər yazan şair həm də tarixçi idi. "Təvarixi-ali-Osman" adlı elmi əsərin müəllifidir. Geniş oxucu kütləsini nəzərə alaraq "Cami-süxənquy" əsərini yazmışdır.[1]Onun ən böyük xidməti anadilli şeirin inkişafına yardımçı olmasıdır. Onun şeirlərində artıq Füzuli ənənələri yoxdur. 1407-ci ildə İsfahanda anadan olmuş, ilk təhsilini burada alaraq şair kimi yetişmişdir. 20 yaşından etibarən ömrünün 30 ilini səyahətlərdə keçirmişdir. Bu haqda özünün "Həsbi-halnamə" əsərində məlumat vermişdir.[1]Hamidi Azərbaycanda mükəmməl mədrəsə təhsili aldıqdan sonra Fateh dövründə, 1455–1456-cı illərdə Osmanlıya getmişdir. Fars və türk dilində yazdığı şeirləri ilə sarayın diqqətini cəlb etmişdir. 20 il Fateh Sultan Mehmetin sarayında yaşayan şair bu barədə "Vəsf-halnamə" əsərində məlumat vermişdir. 1476–1477-ci (hicri təqvimi ilə 881-ci) ildə hökmdarın qəzəbinə səbəb olan Hamidi Bursaya, I Murad türbəsinə şeyx vəzifəsinə göndərilir. Daha sonra saraya dönən şair Sultan Bəyazidin hakimiyyətinin ilk illərinədək yaşayır. 1485–1486-cı ildə İstanbulda vəfat etmişdir.

Yaradıcılığı

redaktə

Günümüzədək gəlib çatan ədəbi irsi öz əli ilə yazılmış avtoqraf divanından ibarətdir. 1949-cu ildə İsmayıl Hikmət Ərtaylan şairin divanını geniş bir müqəddimə ilə çap etdirmişdir. Divanda türkcə və farsca yazdığı qəsidələr, qəzəllər, rübailər, müəmmalar, maddeyi-tarixlər, "həsbi-halnamə" məsnəvisi və digər əsərləri toplanmışdır. Qəsidələrində Fateh Sultan Məhəmmədi, oğlu Sultan Bəyazidi, vəzirləri, sərkərdələrivə bir sıra şəxsləri mədh etmişdir. Öz əsərlərində klassik Şərq şairlərinin əsərlərindən faydalanmışdır.

İstinadlar

redaktə
  1. ↑ 1 2 Ə.Səfərli, X.Yusifli. Azərbaycan ədəbiyyatı tarixi, səh.366

Mənbə

redaktə
  • Səfərli Ə. Q. XVII-XVIII əsrlər Azərbaycan epik şeri. Bakı: "Yazıçı" nəşriyyatı, 1982, s. 131-149.

Xarici keçidlər

redaktə
  • Hamidi Isfahanı (İsfehan, 1407 — İstanbul, ?)
  •  Vikimənbədə əlaqəli mətnlər
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Hamidi&oldid=7757677"
LOVE.AZ