Hapıtlı — Azərbaycan Respublikasının Ağdaş rayonunun Hapıtlı kənd inzibati ərazi dairəsində kənd.[1] 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Ağdaş rayonunun Orta Ləki kənd inzibati-ərazi vahidindəki Hapıtlı kəndi Aşağı Ləki kənd inzibati-ərazi vahidinin tərkibinə verilmişdir.[2] 9 oktyabr 2007-ci il tarixli 425-IIIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Ağdaş rayonunun Hapıtlı kəndi Aşağı Ləki kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Hapıtlı kənd inzibati ərazi dairəsi yaradılmışdır.[3]
Hapıtlı | |
---|---|
40°29′18″ şm. e. 47°23′33″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ0336 |
Xəritəni göstər/gizlə
|
Yaşayış məntəqəsi XIX əsrdə Quba rayonunun Hapıt kəndindən çıxmış ailələr tərəfindən salınmışdır. Mənbələrin verdiyi məlumata görə, XIX əsrin ortalarında Goyçay qəzasında 736 haputlu ailəsinin məskunlaşdığı Haputlu I Məlikli, Haputlu Gideyli, Haputlu Nətəs Qacar, Haputlu Hacıhətəmli, Haputlu Mollaqasımlı kəndləri var idi.[4]
Kənd rayon mərkəzindən 23 km cənubda, Şirvan düzündə yerləşir.
Ağdaş rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |