. Love.az

Hapoel Ironi Kiryat Smona Fk - Wikipedia - Love.az

Ana Səhifə - Hapoel Ironi Kiryat Smona Fk

Hapoel İroni Kiryat Şmona FK - İsrailin futbol klubu.

Hapoel İroni Kiryat Şmona FK
Loqonun şəkli
Klubun rəsmi loqosu
Ölkə
  •  İsrail
Yaranma tarixi 2000
Prezidenti İzi Şeratski
Baş məşqçisi Barak Baxar
Ev forması
Səfər forması
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

redaktə

2000-ci ildə eyni adlı şəhəri təmsil edən Makkabi ilə Hapoel birləşib. O vaxtdan komanda İsrail çempionatlarında Hapoel adıyla çıxış edir. Hapoel ev oyunlarını Kiryat Şmona şəhərindəki 5200 azarkeş tutumu olan İroni stadionunda keçirir. Kiryat Şmonanı təmsil edən Hapoel 2000-ci ilə qədər İsrail çempionatının aşağı dəstələrində oynayıb. Həmin il İturan şirkətinin sahibi, iş adamı İzi Şeratski hər iki komandanı satın alıb.[1]

Yalnız 2006-07-ci il mövsümündə Hapoel İsrail çempionatının yüksək liqasına vəsiqə qazanmağı bacarıb. Hapoel Avropa miqyaslı yarışda ilk dəfə 2008-ci ildə oynayıb. O vaxt Monteneqro Budvası ilə görüşdə İsrail təmsilçisi iki oyunun nəticəsinə əsasən uğur qazanaraq (1:1, 3:0) növbəti mərhələyə yüksəlib. Lakin növbəti mərhələdə Hapoel Bolqarıstanın Liteks klubuyla qarşılaşmada uğursuzluğa düçar olub – 0:0, 1:2. 2008-09-cu il mövsümündə Kiryat-Şmona təmsilçisi yüksək liqada yerini itirib, növbəti – 2009-10-cu il mövsümündə isə yenidən yüksək liqaya qayıdıb. 2011-12-ci il mövsümündə Kiryat-Şmona təmsilçisi tarixində ilk dəfə İsrail çempionu olub.[1]

İstinadlar

redaktə
  1. ↑ 1 2 "Tanış olun! "Neftçi"nin rəqibi - gənc və təcrübəsiz "Hapoel"". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-24.

Xarici keçidlər

redaktə
  • Rəsmi sayt Arxivləşdirilib 2008-03-01 at the Wayback Machine
  • Kiryat Şimona - UEFA
Futbol haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Hapoel_İroni_Kiryat_Şmona_FK&oldid=7019559"
LOVE.AZ