. Love.az

Happier Than Ever - Wikipedia - Love.az

Ana Səhifə - Happier Than Ever
Bu məqalə studiya albomu haqqındadır. Konsert filmi üçün baxın: Happier Than Ever: Los-Ancelesə sevgi məktubu.

Happier Than Ever — ABŞ müğənnisi Billi Aylişin 30 iyul 2021-ci ildə Darkroom və Interscope Records tərəfindən buraxılan ikinci studiya albomu. Albomun bədii-texniki həllində müğənninin qardaşı Finneasın xüsusi əməyi vurğulanmalıdır. Belə ki, o, vahid prodüser qismində albomun bütün yaradıcılıq proseslərinə rəhbərlik edir.

Happier Than Ever
Billi Ayliş tərəfindən ifa olunmuş studiya albomu
Yayımlanma tarixi 30 iyul 2021
Yazılma tarixi aprel 2020 – fevral 2021
Studiya Finneasın ev studiyası (Los-Anceles)
Janr
  • dauntempo[ing.]
  • elektropop[ing.]
  • caz-pop[ing.]
Müddət 56:07
Dil ingilis dili
Leybl
  • Darkoom
  • Interscope
Prodüser Finneas O'Konnell
Billi Ayliş albomlarının xronologiyası
"Live at Third Man Records[ing.]"
(2019)
"Happier Than Ever"
(2021)
"Guitar Songs"
(2022)
Happier Than Ever albomundan sinqllar
  1. "My Future"
    Yayımlanıb: 30 iyul 2020
  2. "Therefore I Am"
    Yayımlanıb: 12 noyabr 2020
  3. "Your Power"
    Yayımlanıb: 29 aprel 2021
  4. "Lost Cause"
    Yayımlanıb: 2 iyun 2021
  5. "NDA"
    Yayımlanıb: 9 iyul 2021
  6. "Happier Than Ever"
    Yayımlanıb: 30 iyul 2021
  7. "Male Fantasy"
    Yayımlanıb: 6 dekabr 2021

2021-ci ildə işıq üzü görən "Happier Than Ever" albomunun əsas musiqi istiqaməti dauntempo pop janrı hesab edilsə də, müəyyən kompozisiyalarda caz və elektropop elementləri də nəzərə çarpır. Billi Aylişin ikinci studiya albomunda məşhurluğun gətirdiyi çətinliklər və şəxsi həyatında yaşadığı dəyişikliklər əsas mövzu olaraq diqqəti cəlb edir. Musiqi tənqidçiləri əsəri yüksək qiymətləndirmiş, xüsusilə də mahnıların kompozisiyasını, prodüserlik həllərinin keyfiyyətini və lirik mətnlərin dərinliyini vurğulamışlar. "Qremmi" mükafatlarının 2022-ci il təqdimat mərasimində albom və onun eyniadlı kompozisiyası bir sıra nüfuzlu nominasiyalarda təmsil olunmuşdur. Eyniadlı sinql "İlin mahnısı" kateqoriyasında namizəd olmuş, albomun özü isə "İlin albomu" nominasiyasında yarışmışdır.

Albomunun buraxılışından öncə yeddi kompozisiya dinləyicilərə sinql formatında təqdim edilib - "My Future", "Therefore I Am", "Your Power", "Lost Cause", "NDA", "Happier Than Ever" və "Male Fantasy". Bu sinqllardan üçü ABŞ-nin Billboard Hot 100 çartında yüksək nəticə göstərmişdir. Albomun ən uğurlu kompozisiyası "Therefore I Am" ikinci pilləyə qədər yüksəlmiş, "My Future" altıncı, "Your Power" isə onuncu sırada yer almışdır.

"Happier Than Ever" Billi Aylişin Billboard 200 çartında zirvə mövqeyinə yüksələn ikinci studiya işi olmaqla bərabər, 27 dövlətin musiqi reytinqlərində də birinciliyi əldə edib. 2021-ci il sentyabrın 3-də Disney+ platformasında təqdim edilən "Happier Than Ever: Los-Ancelesə sevgi məktubu" adlı konsert filmində Billi Ayliş albomun bütün kompozisiyalarını canlı təqdimatda ifa edib. Robert Rodriges və Patrik Ozbornun quruluşunda ərsəyə gələn bu audiovizual layihə platformanın eksklüziv məzmunu kimi təqdim edilmişdir. Billi Ayliş albomun təbliğatı çərçivəsində 2022-ci ilin 3 fevral - 30 sentyabr tarixləri arasında dünya miqyasında konsert turu təşkil edib.

Mündəricat

  • 1 Fon
  • 2 Trek siyahısı
    • 2.1 Qeydlər
  • 3 İstinadlar

Fon

redaktə
 
Billie Bossa Nova

Media kömək

Amerikalı müğənni Billi Ayliş 29 mart 2019-cu ildə qardaşı musiqiçi Finneas O'Konnellin prodüserliyi altında ərsəyə gələn “When We Fall Asleep, Where Do We Go?” adlı debüt albomunu təqdim edib.[1] Albom həm tənqidçilər, həm də dinləyicilər tərəfindən müsbət qarşılanıb və yüksək kommersiya uğuru əldə edib. Xüsusilə trek siyahısına daxil olan "Bad Guy" sinqlı sənətçi Billi Aylişə böyük uğur və tanınma gətirib.[2] Məhz bu albom və "Bad Guy" mahnısına görə Billi Ayliş "Qremmi" mükafatının bir neçə nominasiyasında qalib elan olunub. Uğurlu debütün davamı olaraq Billi Ayliş yeni sinqllar təqdim edib: “Everything I Wanted”, Ceyms Bond kinofranşizası üçün “No Time to Die” və nəhayət ispan müğənni Rozaliya ilə duet formatında olan “Lo Vas a Olvidar”. 2021-ci ildə keçirilən "Qremmi" mükafatlandırma mərasimində sözügedən kompozisiyalar sənətçiyə əlavə mükafatlar qazandırıb.[3][2]

Billi Ayliş 2020-ci ilin yanvarında ikinci studiya albomunun yaradılması prosesinə başlayacağını ictimaiyyətə bəyan edib.[4] Sənətçinin qardaşı və həmkarı Finneas Okonnell mart ayında verdiyi müsahibədə yeni albomun konsert performanslarında təqdim etməyi xoşladıqları musiqi üslubunda olacağını vurğulayıb. 2021-ci ilin fevral ayında "Billi Ayliş: Dünya bir az bulanıqdır" adlı sənədli film auditoriya ilə görüşüb.[5] Eyni dövrdə ifaçı albomun on altı kompozisiyadan ibarət olacağını açıqlayıb.[6]

Billi Ayliş "Happier Than Ever" albomunu Los-Anceles şəhərində, qardaşı Finneasın ev studiyasında ərsəyə gətirib.[7] Yaradıcılıq prosesi 2020-ci ilin aprel ayından 2021-ci ilin fevral ayınadək davam edib. İfaçı albomun hazırlanma prosesinə "My Future" mahnısı ilə başlayıb və "Oxytocin" mahnısı ilə tamamlayıb.[8][7] "Happier Than Ever" mahnısı albom üçün qələmə alınmış ilk nümunədir. İfaçı bu mahnını "When We All Fall Asleep" dünya turu zamanı, Avropada olarkən yazıb.[7] Albomda yer alan 16 mahnının hamısı Billi Ayliş və qardaşı Finneasın birgə əməyinin məhsuludur. Onların hazırladığı "What I Wanna Hear" və "Born Blue" adlı mahnılar son mərhələdə alboma daxil edilməyib.[8]

Billi Ayliş "Happier Than Ever" albomunun yaradılma prosesinin əvvəlki işləri ilə müqayisədə daha harmonik keçdiyini bəyan edib. İfaçı qeyd edib ki, öncəki layihələrində yaradıcılıq prosesi zamanı yüksək səviyyədə təşviş və psixoloji gərginlik yaşayıb.[9] Lakin bu albomun hazırlanması əsnasında daha rahat və özünəinamlı olub. O, əvvəlki dövrlərdə öz peşəkar qabiliyyətlərinə şübhə ilə yanaşıb və özünütənqidə meylli olub.[10]

İfaçı musiqisində yeni istiqamət axtarışları çərçivəsində caz janrına müraciət edib. Onun bədii təsirlənmə mənbələri arasında Culi London, Peqqi Li və Frenk Sinatra kimi tanınmış caz ustadları xüsusi yer tutur.[9]

Trek siyahısı

redaktə

Bütün treklər Billi Ayliş və Finneas O'Konnell tərəfindən yazılmışdır

Happier Than Ever albomundakı treklər
№BaşlıqMüddət
1."Getting Older"4:04
2."I Didn't Change My Number"2:38
3."Billie Bossa Nova"3:16
4."My Future"3:30
5."Oxytocin"3:30
6."Goldwing"2:31
7."Lost Cause"3:32
8."Halley's Comet"3:54
9."Not My Responsibility"3:47
10."Overheated"3:34
11."Everybody Dies"3:26
12."Your Power"4:05
13."NDA"3:15
14."Therefore I Am"2:53
15."Happier Than Ever"4:58
16."Male Fantasy"3:14
Ümumi müddət:56:07
Tour edition
№BaşlıqMüddət
17."My Future (Live Performance from the DNC)" 
18."Therefore I Am (Live from iHeartRadio ALTer Ego 2021)" 
19."Your Power (Vevo Live Performance)" 
20."Lost Cause (Vevo Live Performance)" 
Japan tour edition
№BaşlıqMüddət
17."NDA (Japan Special Performance)" 
18."Billie Bossa Nova (Japan Special Performance)" 
Japan tour edition – DVD bonus
№BaşlıqMüddət
1."Interview for Japan" 
2."Happier Than Ever (Music Video)" 
3."Happier Than Ever (Making of the Video)" 
4."Male Fantasy (Music Video)" 
5."NDA (Music Video)" 
6."Lost Cause (Music Video)" 
7."Your Power (Music Video)" 
8."Happier Than Ever, The World Tour (Road to Opening Night)" 
9."NDA (Japan Special Performance)" 
10."Billie Bossa Nova (Japan Special Performance)" 

Qeydlər

redaktə
  • "Goldwing" trekində Gustav Holstun "Hymn to Vena" (1910) musiqisindən istifadə edilib.[11]
  • "My Future" kiçik hərflərlə, "Goldwing" böyük hərflərlə stilizə olunmuşdur. "Overheated" "OverHeated" kimi stilizə olunub.[12]

İstinadlar

redaktə
  1. ↑ "Billie Eilish is the big winner at the Grammys". BBC News (ingilis). January 27, 2020. January 27, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 28, 2021.
  2. ↑ 1 2 "Billie Eilish announces new album, 'Happier Than Ever'". Los Angeles Times (ingilis). April 27, 2021. July 28, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 28, 2021.
  3. ↑ Strause, Jackie. "Grammys: Billie Eilish Wins for James Bond Theme Song "No Time to Die"". The Hollywood Reporter (ingilis). March 14, 2021. July 28, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 28, 2021.
  4. ↑ Iasimone, Ashley. "Billie Eilish Says She's Working on a New Album, Releasing Her Documentary This Year: 'I'm Terrified'". Billboard. January 19, 2020. April 27, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 27, 2021.
  5. ↑ Krol, Charlotte. "Billie Eilish says new album 'feels exactly how I want it to'". NME. January 25, 2021. February 3, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 27, 2021.
  6. ↑ Triscari, Caleb. "Billie Eilish teases 16 songs for new album". NME. February 1, 2021. April 26, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 27, 2021.
  7. ↑ 1 2 3 Spanos, Brittany. "Billie Eilish and the Pursuit of Happiness". Rolling Stone. June 17, 2021. July 19, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 21, 2021.
  8. ↑ 1 2 "Stories: @billieeilish (Anonymous profile view)" [Q&A session for Happier Than Ever]. insta-stories.com. August 10, 2021. August 10, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 10, 2021.
  9. ↑ 1 2 Eilish, Billie. "Billie Eilish – Happier Than Ever (Official Vevo Interview)". July 21, 2021. July 20, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 21, 2021 – YouTube vasitəsilə.
  10. ↑ Mier, Tomás. "Billie Eilish was 'Much More Confident' as She Drops Happier Than Ever: 'I Felt Like I Wasn't Very Talented'". People. July 22, 2021. July 24, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 25, 2021.
  11. ↑ References for interpolation of "Hymn to Vena" in "Goldwing":
    1. Serrano, Athena. "Billie Eilish's Happier Than Ever Has A Song For Every Mood". MTV News. July 31, 2021. July 30, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 31, 2021.
    2. Holst, Gustav. "Choral hymns from the Rig Veda for SATB chorus and orchestra, Groups I and IV, op. 26, H.97, H.100". The British Library (Manuscript). Stainer & Bell. 1908–1912. July 31, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 31, 2021.
  12. ↑ "Happier Than Ever". Spotify. July 30, 2021. April 27, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 28, 2022.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Happier_Than_Ever&oldid=8152648"
LOVE.AZ