Haya bint Hüseyn (ərəb. الأميرة هيا بنت الحسين; 3 may 1974[1], Amman) — III İordaniya kralı I Hüseynin qızlarından biri.[2]
Haya bint əl-Hüseyn | |
---|---|
ərəb. الأميرة هيا بنت الحسين | |
![]() | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 3 may 1974(1974-05-03)[1] (51 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | show jumper[d] |
Atası | Hüseyn ibn Təlal |
Anası | Aliyə Tukan (İordaniya kraliçası) |
Həyat yoldaşı |
|
Ailəsi | Haşimilər |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi |
|
Təltifləri |
![]() |
princesshaya.net | |
![]() |
1974-cü ildə Ammanda dünyaya gəldi. Atası İordaniya kralı I Hüseyn, anası isə onun üçüncü xanımı kraliça Aliyə Tukandır. Oksford Universitetində təhsilini tamamladı. Profesional olaraq atçılıqla məşğuldur və 2000-ci il Sidney Yay Olimpiya Oyunlarında İordaniyanı təmsil etdi.
2004-cü ildə Dubay əmirliyinin hakimi Şeyx Məhəmməd əl-Məktumla evləndi və onun ikinci rəsmi xanımı oldu. Bu nigahdan 2 övladı dünyaya gəlsə də, 2019-cu ildə cütlük boşandı. Övladlarıyla birlikdə Birləşmiş krallığa köçən Haya bint Hüseyn 2020-2022-ci illərdə davam edən məhkəmə prosesinin sonunda övladlarının qəyyumluq hüququnu qazandı.