. Love.az

Hisam El Otaibi - Wikipedia - Love.az

Ana Səhifə - Hisam El Otaibi

Hişam Əl-Otaibi (1946 – 4 Yanvar 2017) — Küveytli siyasətçi. Əl-Otaibi 1998-ci ildən 1999-cu ilə qədər Küveytin Maliyyə və Sənaye naziri vəzifəsində çalışmışdır.[1]

Hişam Əl-Otaibi
ərəb. هشام العتيبي‎
Küveytin Maliyyə naziri
1998 – 1999
Şəxsi məlumatlar
Doğum tarixi 1946
Vəfat tarixi 4 yanvar 2017
Fəaliyyəti mühəndis

Əl-Otaibi 1946-cı ildə anadan olmuşdur.[1] O, Oklahoma Universitetinin mühəndislik elminin bakalavr səviyyəsinə qədər yüksələ bilmişdir.[1]

O, 1990-cı illərdə Küveyt Fond Birjasının Baş Direktoru vəzifəsində çalışmışdır.[1] Sonralar Hişam Əl-Otaibi 1998-ci ildən 1999-cu ilə qədər Küveytin Maliyyə və Sənaye naziri vəzifəsində çalışmışdır.[1] Bundan əlavə, Əl-Otaibi Küveytdə, Böyük Britaniyada bir sıra beynəlxalq firma və təşkilatların bir sıra vəzifələrində çalışmışdır. O cümlədən Küveyt Qazma Şirkətinin və Küveyt Beynəlxalq İnvestisiya Şirkətinin direktoru olmuşdur.[1]

Hişam Əl-Otaibi 4 yanvar 2017-ci ildə 70 yaşında vəfat etmişdir.[1]

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 6 7 "Former Finance Minister Passes Away". Kuwait News Agency. 4 January 2017. 5 January 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 January 2017.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Hişam_Əl-Otaibi&oldid=6906668"
LOVE.AZ