Hibrid kompüter (ing. hybrid computer) həm rəqəmsal, həm də analoq sxemləri olan kompüter. Rəqəmsal sxemlər ikilik ədədlərin sıfırlarını və birlərini "qoşmaq-ayırmaq" tipli diskret siqnallar şəklində göstərir; onlar praktiki olaraq bütün kompüterlərdə, o cümlədən fərdi kompüterlərə tətbiq olunur. Analoq sxemlər kəsilməz dəyişən fiziki kəmiyyətlərin (məsələn, gərginlik və cərəyan şiddətinin) qiymətlərini göstərmək üçün istifadə olunur; onlara texniki quraşdırma və başqa sahələrdə (çox zaman, sənayedə) tətbiq olunan bəzi xüsusi kompüterlərdə rast gəlmək olar.
İnformatika haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |