. Love.az

Hicaz Ve Necd Kralligi - Wikipedia - Love.az

Ana Səhifə - Hicaz Ve Necd Kralligi


Hicaz və Nəcd krallığı (ərəb. مملكة الحجاز ونجد‎, Mamlakat al-Ḥijāz wa-Najd), ilk növbədə Hicaz krallığı və Nəcd sultanlığı (مملكة الحجاز وسلطنة نجد, Mamlakat al-Ḥijāz wa-Salṭanat Najd) — Ərəbistan yarımadasında Hicaz krallığının 1920-ci illərdə Nəcd tərəfindən fəth edilməsindən sonra yaranmış dövlət. 8 yanvar 1926-cı ildə Nəcd sultanı Əbdüləziz ibn Səud Məkkədə Məscidül-Həramda Hicaz kralı taxtına oturmuşdu. 29 yanvar 1927-ci ildə o, həm də "Nəcd kralı" (keçmiş "sultan" əvəzinə) titulu almışdır. 20 may 1927-ci ildə Ciddədə imzalanan müqaviləyə əsasən Əbdüləzizin dövləti Britaniya tərəfindən tanınaraq "Hicaz və Nəcd krallığı" adını almışdır.[1]

Tarixi dövlət
Hicaz və Nəcd krallığı
8 yanvar 1926 — 23 sentyabr 1932

Paytaxt Ər-Riyad
Rəsmi dilləri
  • ərəb dili
Din İslam, Vəhhabilik
İdarəetmə forması mütləq monarxiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

23 sentyabr 1932-ci ildə Nəcd, Hicaz, Əl-Əhsa və Qətif bölgələri Səudiyyə Ərəbistanı adlanan yeni vahid krallıqda birləşdirilmişdir.

İstinadlar

redaktə
  1. ↑ Joseph Kostiner. The Making of Saudi Arabia, 1916—1936: From Chieftaincy to Monarchical State (Oxford University Press US, 1993). ISBN 0-19-507440-8. p. 104.

Xarici keçidlər

redaktə
  • Statoids - Regions of Saudi Arabia
  • World Statesmen - Saudi Arabia
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Hicaz_və_Nəcd_krallığı&oldid=7078337"
LOVE.AZ