Hidroizolyasiya — bir obyektin və ya quruluşun suya davamlı və ya su keçirməz olması, beləliklə də sudan nisbətən təsirlənməməsi və ya müəyyən şərtlər daxilində suyun içəriyə nüfuz etməsinə qarşı müqavimət qabiliyyətinin yüksək olmasıdır. Belə materiallar nəm mühitdə və ya müəyyən dərinliklərdə su altında istifadə edilə bilərlərlər. Hidroizolyasiya konstruksiyaları xarici faktorlardan mühafizə etmək, komfortlu yaşayış sahəsi yaratmaq və konstruksiyaların beton, dəmir kimi elementlərini suyun mənfi təsirlərindən mühafizə etmək üçün həyata keçirilən tətbiqdir. Hidroizolyasiyası olmayan və ya düzgün olmayan binaların yerin altında qalan və daim su ilə təmasda olan bünövrə və pərdə kimi konstruksiya elementləri zaman keçdikcə korroziyaya məruz qalırlar. Bu isə öz növbəsində betonun möhkəmliyinə və dəmir-armaturun dözümlülüyünə mənfi təsir göstərir. Nəticədə isə binanın ömrü qısalır, zəlzələ kimi təbii fəlakətlər zamanı isə binanın çökməsi, binada çatların meydana gəlməsi və s. kimi hallara rast gəlinir.
Bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirə bilərsiniz. Bu şablon mümkündürsə, daha dəqiqi ilə əvəz edilməlidir. |