Hindistan–Oman münasibətləri — Hindistan ilə Oman arasındakı mövcud ikitərəfli əlaqələr.
Hindistan–Oman münasibətləri | |||||
---|---|---|---|---|---|
![]() | |||||
|
|||||
![]() |
iki region arasında ticarət əlaqələri bir necə min illiklərdirki mövcuddur. Omanda aparılan qazıntılar zamanı Hindistanla ticarət əılaqələrinin qurulması barədə faktlar aşkarlanmışdır. Bunun b.e.ə III minilliyə qədər davam etməsi sübut olunmuşdur[1]. 1955-ci ilin fevralında Maskat şəhərində Hindistanın konsulluğu açılmışdır. Hansı ki, 1960-cı ildə Baş konsulluq, 1971-ci ildə isə səfirlik statusu alır. 1973-cü ildə Maskata ilk Hindistan səfiri gəlir[2]. 1972-ci ildə Oman Dehlidə səfirliyini, 1976-cı ildə isə Mumbayda baş konsulluq açılır. 2012-ci ildə Oman Hindistanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına daimi üzvlük istiqamətdəki cəhdlərini dəstəkləmişdir[3].
Omanda 500 min hindistanlı yaşayır. Bu isə Omanı ən böyük hindli miqrantın yaşadığı ölkə edir. Hər il bu immiqrantlar ölkələrinə 480 mln dollar pul göndərirlər[4]. Hindistan Oman vətəndaşları üçün ən əlverişli universitetləri təklif etdiyindən buraya maraq böyükdür. Son zamanlar isə omalılar üçün tibb universitetləri daha məşhurdur[5][6][7]. Oman hökuməti hindli turistlərin ölkəyə gəlişində maraqlıdır. Hər il Omana 12 min hindli turist gəlir. 2015-ci ildə onların sayının artacağı gözlənilir[8].
2010-cu ildə olan məlumata görə iki ölkə arasında ticarət dövriyyəsi 4,5 mlrd dollar olmuşdur. Hindistan Omanın ikinci ən böyük ticarət ortağıdır Omanda istehsal edilən məshulların dörddə biri Hindistana ixrac edilir. Oman və və Hindistan dərman və gübrə istehsalında, maşınqayırma və energetika sahələrində ortaq müəssisələrə sahibdirlər[9]. Surda gübrə zavodu Oman-India Fertiliser Company və Bina-Etabedə Bharat Oman Refinery Limited şirkətinin neftayırma zavodu hind dövlət şirkətləri ilə Oman Dövlət Neft şirkəti arasında birgə törəmə müəssisələrdir[10][11].
1985-ci ildən Himndistan Ərəbistan dənizinin dibi ilə uzunluğu 1100 km olan qaz kəmərinin tikintrisini planlaşdırır. Bu layihə South Asia Gas Enterprise adlanır. İran-Pakistan-Hindistan layihəsinə alternativ olaraq düşünülmüşdür[12][13][14][15].
Oman Fars körfəzi regiomnunun yeganə dövlətidir ki, Hindistanla rəsmi müdafiə anlaşmasına sahibdir. 2006*-cı ildə hər iki ölkə müştərək hərbi əməliyyatlar keçirmiş və müdafiə anlaşması imzalamışlar[16]. 2008-ci ildə Hindistanın baş naziri Manmoxan Sinqx Omanı ziyarət etmiş və iki ölkə arasında hərbi əməkdaşlığı güçləndirmişdir. Bu müqavilələrlə Ədən körfəzində dəniz quldurluğuna qarşı Hindistan hərbi-hava qüvvələri Omanın hava limanlarından istifadə hüququ əldə etmişlər[17]. 2009-cu ildən isə Hindistan hərbi-hava qüvvələri Oman kral hava-qüvvələrinə təlimlər keçir[18][19][20]. 2014-cü ildə Yəməmdə vətəndaş müharibəsi başlayır və Oman iki ölkə sərhəddini qorumaqdan ötrü hindistana müraciət edir[21]. Omanın quru qoşunlarında INSAS adlı avtomatlardan istifadə edilir. Hindistanın Ras-əl-Hadd adlı yaşayış məntəqəsində hərbibazası vardır[22][23][24][25]. Hindistan hərbi-dəniz qüvvələri Omanın MAsakat şəhərində gəmilərini saxlamaq hüququ vardır[26][27].
Hindistan və Oman arasında müştərək hərbi təlimlər Nasim əl-Baxr adlanır. Bu müştərək fəaliyyət 1993-cü ildən fəaliyyət göstərir. 2016-cı ilin yanvarında ölkələr artıq 10-cu birgə təlimlərini keçirmişlər[28].
2018-ci ilin fevralında Hindistan Omanın Dukm şəhərində gind HHQ və HDQ yerləşdirilməsinə razılıq verdiyini bəyan etmişdir[29][30].
The MOU allows IN vessels to use the facilities at Duqm Port during visits “in terms of services and the use of the dry dock for maintenance”, according to the report, which was published during Indian Prime Minister Narendra Modi’s two-day visit to the sultanate.