Hindistan–Türkmənistan münasibətləri — Hindistan və Türkmənistan arasındakı ikitərəfli münasibətlər. Hindistan Türkmənistanın müstəqilliyini 26 dekabr 1991-ci ildə tanımışdır. İkitərəfli əlaqələr 20 aprel 1992-ci ildə[1].
Hindistan–Türkmənistan münasibətləri | |||||
---|---|---|---|---|---|
![]() | |||||
|
|||||
![]() |
Hər iki ölkə Birləşmiş Millətlər Təşkilatının üzvüdür.
Türkmənistan Prezidenti Saparmurat Niyazov 1992-ci ildə Hindistana ilk səfərini təşkil etmişdir. İkinci səfər isə 1997-ci ildə tə.şkil edilir.
Hindistan 30 yanvar 1994-cü ildə Aşqabadda[2] səfirliyini açmışdır. Türekmənistan isə Nyu-Dehlidə səfirliyə sahibdir. Türkmənistan Respublikasının fövqəladə və səlahiyyətli səfiri Paraxat Xommad oğlu Durdıyevdir[3]. 1995-ci ildə Hindistanın baş naziri Pamulaparti Venkata Narasimha Rao Türkmənistanda rəsmi səfərdə olmuşdur. Səfər zamanı ikili əməkdaşlıqlarla bağlı çpoxlu sənəd imzalanmışdır[4].
24-26 may 2008-ci ildə Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Hindistanda üç günlük rəsmi səfərdə olmuşdur[5].
Türkmənistan, Əfqanıstan, Pakistan və Hindistan birlikdə yeni bir qaz xətti üzərində işləyirlər. Qaz xəttinin çəkilişi 2017-ci ilin əvvəllərində bitməlidir[6]. TƏPH qaz kəmərinin uzunluğu 1,735 olmalıdır. Əsasən Türkmənistanın şərq rayonlarındakı yataqlardan çıxarılan qaz nəql ediləcəkdir. 2018-ci ildə bu kəmərlə hər gün 90 mln m³ qaz nəql ediləcəkdir. Bunun 38 mln m³ Hindistana nəql ediləcəkdir. Qaz kəməri Türkmənistan qazını Əfqanıstan, Pakistandan keçməklə Hindistana çatıracaqdır. Layihənin illik güçü 33 mlrd m³ olaraq düşünülür[7]. Layihənin dəyəri $7,9 mlrd dollar olaraq qiymətləndirilir[8]. 30 olliyinə imzalanmış müqaviləni Türkmənistanın «Türkmənqaz», Hindistanın GAIL və Pakistanın Inter State Gas Systems[9][10] şirkətləri imzalamışdır.
Hindistan və Türkmənistan qədim mədəni əlaqələrlə sahibdirlər. Türkmənistanda hind filmləri çox populyardır, hər həftə dövlət televiziyasında himnd filmləri göstərilir.
2000-ci ilin avqust və sentyabr aylarında Türkmənistanda hind mədəniyyət günləri və Hindistanda türkmən mədəniyyət günləri keçirilmişdir. Türkmənistandan olan 18 nəfərdən ibarət 2003-cü ilin sentyabrında Hindiostanı ziyarət etmişdir. Onlar Dehli, Çandiqarhe, Dehradune və Mussori şəhərlərində konsertlər vermişdir. «Bhangra» və «Giddha» 10 nəfərdən ibarət olan qrupları 2005-ci ilin avqustunda Aşqabadı ziyarət etmişdir. Cammu və Kəşmir ştatlarının 17 nəfərdən ibarət qrupu 21-28 oktyabr 2006-cı ildə Türklmənistan Respublikasının müstəqilliyinin 15 illiyi münasibəti Aşqabada dəvət olunmuşlar. Hər il Hindistan hökuməti mədəniyyət proqramı çərçivəsində 8 təqaüd təklif edir. Türkmənistanlı bir şagirdin Kendriya Universitetində hind dili öyrənmək üçün də bir yer təmin edir[11].