Hindistan keçidi — XX əsrdə Hindistanda, Mumbayda inşa edilən memarlıq abidəsidir.[2] Bu abidə 1911-ci ildə kral V Georq və kraliça Mariya Tekin Apollo Bunderinindən Hindistanı ziyarət etmələrini əbədiləşdirmək məqsədilə inşa edilmişdir.
Hindistan keçidi | |
---|---|
Gateway of India | |
![]() Hindistan keçidi, Mumbay | |
![]() | |
18°55′18″ şm. e. 72°50′04″ ş. u.HGYO | |
Ölkə |
![]() |
Şəhər | Mumbay |
Yerləşir | Mumbay, Maxaraştra |
Aidiyyatı | Hindistan Arxeologiya Tədqiqatı |
Memar | Corc Vittet |
Sifarişçi | Gammon İndia[1] |
Tikilmə tarixi | 31 mart 1913 |
Üslubu | Hind - Sarakenik |
Hündürlüyü | 26 m |
Eni | 15 m (49 ft) |
Vəziyyəti | stabil |
Hindistanın Arxeoloji İrsi | |
Təyin edilib | 4 dekabr 1924 |
Kateqoriya | Zəfər tağı |
[[Fayl:Mumbai area locator map.svg |274x400px|frameless]] |
|
![]() |
Hind-Sarakenik üslubda tikilmiş Hindistan keçidinin təməl daşı 1911-ci il martın 31-də atılmışdır. Tağın strukturu bazalt daşındandır və hündürlüyü 26 metrdir. Corc Vittetin təqdim etdiyi son dizaynı 1914-cü ildə qəbul edilir və abidənin inşası 1924-cü ildə tamamlanır. Keçid sonralar Vitse krallıq və Mumbay rəhbərliyi üçün simvolik giriş mərasimi üçün istifadə edilir.[3] Keçid Hindistana daxil olmaq üçün istifadəyə verilmişdir.[4]
Hindistan keçidi Mumbayın cənubundakı Çatrapati Şivaci Marqın sonunda yerləşən Apollo Bunderinin sahilindədir və Ərəbistan dənizinə tərəf baxır.[5][6][7] Abidə həmçinin Mumbayın Tac Mahalı adlandırılır[8] və şəhərin turistlər tərəfindən ən çox ziyarət edilən hissəsidir.[9]
Hindistan keçidinin tikilmə səbəbi 1911-ci ilin dekabrında kral V Georq və kraliça Mariya Tekin Dehli Darbardan öncə Mumbayı ziyarət etmələri idi. Abidənin təməl daşı 1913-cü il martın 31-də Mumbay qubernatoru cənab Corc Sidenham Klark tərəfindən atıldı və Corc Vittet tərəfindən hazırlanan dizayn 1914-ci il martın 31-də təsdiq edildi.
Keçidin inşa edildiyi ərazidə əvvəllər balıqçılıq buxtası kimi istifadə edilmiş, sonralar ingilis qubernatorlar və digər tanınmış adamların istifadəsinə verilmişdir. Bura həmçinin əvvəllər Mumbayı ziyarət etməyə qayıqla gələnlərin istifadəsinə verilmişdi.[10][11]
1915 - 1919-ci illər arasında ərazidəki vəziyyət yaxşılaşdırmaq və yeni dəniz divarı inşa etmək məqsədilə Apollo Bunderindəki işlər genişləndirilmişdi. Əsas işlər 1920-ci ildə, ümumi tikinti işləri isə 1924-cü ildə tamamlandı.[12] Keçidin açılışı 1924-cü il dekabrın 4-də vitse kral Ayzeks Rufus tərəfindən həyata keçirildi.[10]
Hindistandakı sonuncu Britaniya hərbi birliyi olan Somerset Yüngünlzirehli Piyada taboru, ölkə müstəqilliyini qazandıqdan sonra 1948-ci ilin fevralında Hindistandakı İngiltərə hökmranlığının bitməsi şərəfinə keçirilən tədbirdə özünəməxsus şəkildə Hindistan keçidindən keçərək ölkəni tərk etdilər.[10][13]
Hindistan keçidi tağ memarlıq üslubunda inşa edilmişdir və hündürlüyü 26 metrdir. Abidə sarı bazalt daşından və möhkəm betondan inşa edilmişdir. Hindistan keçidinin struktur quruluşu Hind-Sarakenik üslubdadır. Həmçinin bu abidənin memarlıq üslubunda müsəlman memarlıq üslubunun izlərini görmək də mümkündür. Abidənin mərkəzi qübbəsinin diametri 48 fut, ümumi hündürlüyü isə 83 futdur. Qarışıq şəbəkələr vasitəsilə inşa edilən 4 kiçik qüllə Hindistan keçidinin ən görkəmli xüsusiyyətidir. Keçid tağının arxasında Ərəbistan dənizinə enən pilləkanlar vardır.
Şotland memar Corc Vittet Roma Zəfər tağı memarlığı ilə XVI əsr Qucarat memarlığını birləşdirmişdi.[14] Abidənin dizaynı hind və müsəlman memarlıq üslublarının birləşməsinə əsaslanır. Tağ müsəlman memarlıq üslubunda, dekorasiyaları isə hind memarlıq üslubundadır.[15] Hindistan keçidi sarı bazaltdan və möhkəm betondan inşa edilmişdir.[16] Daşlar yerli karxanadan, perforaasiya edilmiş lövhələr isə Qvaliordan əldə edildi.[17] Keçid Mumbay limanından Apollo Bunderinə qədər uzanır.[18]
Mərkəz qübbəsinin ən hündür nöqtəsinin diametri 15 metr, hündürlüyü isə 25 metrdir.[19] Limanın sahili planlaşdırılmış esplanadaya uyğum olması üçün şəhərin mərkəzinə qədər uzadılmalı idi. Tağın hər iki tərəfində 600 nəfərin yerləşə biləcəyi bpyük salonlar var.[16] İnşaatın maliyyəti 2 milyon rupi (31000 dollar) idi və bu məbləğ Hindistan İmperial İdarəsi tərəfindən ödənildi. Ayrılan məbləğin azlığı keçidə qədər yol çəkilməsi üçün kifayət eləmədi və bu yol çəkilmədi.[10][19]
Hindistan keçidi Mumbay şəhərini təmsil edən "simvolik abidə" kimi qəbul edilir.
Taj Mahal Palace & Tower otelinin qarşısında yerləşən keçid,[20] Hindistana gələn britaniyalılar tərəfindən Britaniya imperiyasının güc və qüdrət rəmzi kimi qəbul edilir.[5] Kral V Georqun 1911-ci ildəki Hindistan ziyarəti şərəfinə inşa edilən keçid, Britaniya Hindistanı və Britaniya imperiyası üçün önəmli abidə idi və Hindistanda Britaniya hökmranlığını təmsil edən xatirə abidəsidir.[4]
Keçidin qarşısında Maratxa imperiyasını qurmaq üçün XVII əsrdə Şadyari dağında gerilla müharibəsi aparan[21] və Maratxanın "qürur və cəsurluq" rəmzi olan Maratxa hökmdarı Şatrapati Şivaci Maharacın heykəli vardır.[22] Heykəlin açılışı 1961-ci il 22 yanvarda Hindistanın Respublika günündə qeyd olundu.[23][24]
Keçidin ətrafındakı heykəllərdən biri də hindistanlı heykəltaraş Sitaram S. Art tərəfindən yaradılan Svami Vivekananda heykəlidir.[25]
Keçidin ətrafında beş buxta vardır.[26] Birinci buxta Atom Araşdırma Mərkəzinə məxsusdur. İkinci və üçüncü buxtalar ticarət əməliyyatları üçün istifadə edilir. Dördüncü buxta bağlı, beşinci buxta isə Mumbay Royal Yaxta Klubuna məxsusdur. İkinci və üçüncü buxtalar qayıqlarla 50 dəqiqəlik məsafədə yerləşən Elefanta mağara turları üçün başlanğıc nöqtəsi rolunu oynayırlar.[20][27] Alibag və Mandva turları da bu buxtaların fəaliyyətlərinə daxildir. Bu turların məşhurluğu həddindən artıq sərnişin daşımalarına səbəb olur.[28]
Hindistan keçidi Mumbaydakı əsas turizm mərkəzi və yerli xalqın, satıcıların, fotoqrafların ən çox toplaşdıqları yerdir.[18]
2012-ci ildə Maharaştra Turizm İnkişaf Mərkəzi əhali sayının nəzərə alaraq "Elefanta musiqi və rəqs festivalını" Elefanta mağaralarından (artıq 23 il idi ki burada qeyd olunurdu) deyil Hindistan keçidi tərəfdə qeyd etdi. Elefanta mağaraları 700 - 800 nəfərlik qrupları qəbul etdiyi halda keçid 2000 - 2500 nəfərlik qrupları qəbul edə bilir.[29][30]