. Love.az

Hirkan Agcaqayini - Wikipedia - Love.az

Ana Səhifə - Hirkan Agcaqayini

Hirkan ağcaqayını (lat. Acer hyrcanum) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin ağcaqayın cinsinə aid bitki növü.

Hirkan ağcaqayını
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Evdikotlar
Klad:
Bazal evdikotlar
Klad:
Superrozidlər
Klad:
Rozidlər
Klad:
Malvidlər
Dəstə:
Sabunağacıçiçəklilər
Fəsilə:
Sabunağacıkimilər
Yarımfəsilə:
Hippocastanoideae
Cins:
Ağcaqayın
Növ:
Hirkan ağcaqayını
Beynəlxalq elmi adı
  • Acer hyrcanum Fisch. & C.A.Mey., 1838
Vikianbarın loqotipi
Şəkil
axtarışı
NCBI  290838

Mündəricat

  • 1 Arealı
  • 2 Azərbaycanda yayılması
  • 3 Bitdiyi yer
  • 4 Təbii ehtiyatı
  • 5 Bioloji xarakteristikası
  • 6 Çoxalması
  • 7 Təbii ehtiyatının dəyişilməsi səbəbləri
  • 8 Becərilməsi
  • 9 Qəbul edilmiş qoruma tədbirləri
  • 10 Zəruri qoruma tədbirləri
  • 11 Sinonimləri
    • 11.1 Homotipik sinonimləri
  • 12 Yarımnövləri
  • 13 İstinadlar
  • 14 Həmçinin bax

Arealı

redaktə

Kiçik Asiya, Rusiya (Dağıstan), Türkiyə, Livan, Balkan ölkələri və İranda təbii arealı vardır.

Azərbaycanda yayılması

redaktə

Böyük və Kiçik Qafqazda Alazan-Əyriçay vadisində, Naxçıvan MR və Talış dağlarında (Diabar) meşələrin tərkibində təbii halda yayılmışdır. Statusu: Azərbaycanın nadir bitkisidir. NT.

Bitdiyi yer

redaktə

Aşağı dağ qurşağından yuxarı dağ qurşağına qədər əhəngli və işıqlı quru yamaclarda yayılmışdır.

Təbii ehtiyatı

redaktə

Təbiətdə arealı geniş deyildir.

Bioloji xarakteristikası

redaktə

Təbiətdə 18 m-ə qədər hündürlüyü və 30 sm-ə qədər diametri olan ağacdır. Cavan zoğları qırmızımtıl-qəhvəyi, yaşlı budaqları boz-qonur rəngdədir. Tumurcuqları qəhvəyi rəngdədir. Yarpaqları ilk vaxtlar sarımtıl tükcüklərlə örtülü olur, sonralar isə çılpaqlaşır. Yarpaqları 5 dilimli, 10–12 sm enində, 5–10 sm uzunluqdadır, qaidəsi ürəkvarıdır. Üstdən tünd yaşıl, altdan ağımtıl və ya sarımtıl rəngdə olub, cavan vaxtı sıx tükcüklərlə örtülü olur. Sonradan bu tükcüklər tökülərək ancaq əsas yarpaq damarlarının künclərində xal şəklində qalmış olur. Dilimləri enli, uzunsov-yumurtavari, itiucludur. Küt, itidişlidir. Çiçəkləri bir yerə toplaşmış qrup halında olur. Çiçəkləri xırda başlıq formasından, meyvə əmələ gəldikdə isə bir yerə sıxılmış çiçək qrupundan ibarətdir. Kasa yarpaqları çılpaq, tərs yumurtavarı olub, 3,5 mm uzunluqdadır.

Ləçəkləri sarımtıl-xırda olub, kasa yarpaqlardan bir qədər uzundur. Erkəkcikləri ləçəklərdən iki dəfə uzundur. Qanadlı meyvələri çılpaq, 2,5–4,5 sm uzunluqda olub, demək olar ki, paralel yerləşmişdir. Bəzən qanadlarının kənarları ilə bir-birinə toxunmuş olur. Qanadlar sarımtıl-qonur rəngdədir. Meyvə yuvası hamar, parlaq qəhvəyi rəngdədir. İyul ayında çiçəkləyir, sentyabrda meyvə verir.

Çoxalması

redaktə

Toxum və kök pöhrələri ilə çoxalır.

Təbii ehtiyatının dəyişilməsi səbəbləri

redaktə

Başlıca olaraq insan fəaliyyətidir.

Becərilməsi

redaktə

Əsasən toxumla çoxalır.

Qəbul edilmiş qoruma tədbirləri

redaktə

Qəbul edilmiş qoruma tədbiri yoxdur.

Zəruri qoruma tədbirləri

redaktə

Azərbaycanın "Qırmızı kitab"ına salınması və mühafizə edilməsi zəruridir.

Sinonimləri

redaktə

Homotipik sinonimləri

redaktə
  • Acer italum subsp. hyrcanum (Fisch. & C.A.Mey.) Pax
  • Acer italum var. hyrcanum (Fisch. & C.A.Mey.) Pax
  • Acer opalus subsp. hyrcanum (Fisch. & C.A.Mey.) A.E.Murray

Yarımnövləri

redaktə
  • Acer hyrcanum subsp. hyrcanum
  • Acer hyrcanum subsp. intermedium (Pančić) Bornm.
  • Acer hyrcanum subsp. keckianum (Asch. & Sint. ex Pax) Yalt.
  • Acer hyrcanum subsp. reginae-amaliae (Orph. ex Boiss.) E.Murray
  • Acer hyrcanum subsp. sphaerocaryum Yalt.
  • Acer hyrcanum subsp. stevenii (Pojark.) A.E.Murray
  • Acer hyrcanum subsp. tauricola (Boiss. & Balansa) Yalt.

İstinadlar

redaktə

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Hirkan_ağcaqayını&oldid=7973174"
LOVE.AZ