. Love.az

Hirkan Qizciceyi - Wikipedia - Love.az

Ana Səhifə - Hirkan Qizciceyi

Hirkan qızçiçəyi (lat. Bellis hyrcanica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin qızçiçəyi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın endemik növüdür. Regional IUCN Statusu - VU D2.

Hirkan qızçiçəyi
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Evdikotlar
Klad:
Bazal evdikotlar
Klad:
Superasteridlər
Klad:
Asteridlər
Klad:
Kampanulidlər
Dəstə:
Astraçiçəklilər
Fəsilə:
Mürəkkəbçiçəklilər
Yarımfəsilə:
Astrakimilər
Triba:
Astrakimilər
Yarımtriba:
Bellidinae
Cins:
Qızçiçəyi
Növ:
Hirkan qızçiçəyi
Beynəlxalq elmi adı
  • Bellis hyrcanica Woronow, 1916[1]
Vikianbarın loqotipi
Şəkil
axtarışı

Mündəricat

  • 1 Botaniki xarakteristikası
  • 2 Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri
  • 3 Yayılması
  • 4 Sayı və tendensiyası
  • 5 Məhdudlaşdırıcı amillər
  • 6 Mühafizə tədbirləri
  • 7 İstinadlar
  • 8 Həmçinin bax

Botaniki xarakteristikası

redaktə

Birillik ot bitkisidir. Gövdə əsasən 1-3 yarpaqlı, bəzən, 10 sm-ə qədər hündürlüyündə, bir yan budaqlıdır. Yarpaq ayası uzunsov tərs –yumurtavari, ayrılmış dişcikli, demək olar ki, çılpaq, sıxılmış qısa saplaqlıdır. Səbətin ayaqcıqları yuxarıdan meyvə vaxtı yoğunlaşır. Səbətcik 5 mm-ə qədər enindədir. Sarğı yarpaqları tükcüklü, uzunsov-yumurtavari, kütdür. Dilcik sarğıdan 2 dəfə uzundur, ağdır. Toxum 1 mm-ə qədər uzunluğundadır.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

redaktə

Çiçəkləməsi aprel-may, meyvələməsi iyul aylarına təsadüf edir. Dənizkənarı çəmənlərdə yayılmışdır. Çoxalması toxumladır.

Yayılması

redaktə

Lənkəran ovalığında yayılmışdır.

Sayı və tendensiyası

redaktə

Populyasiyanın təbii ehtiyatı azdır, yeganə lokalitetdə mənfi təsirlərə həssaslıq müşahidə edilir.

Məhdudlaşdırıcı amillər

redaktə

Antropogen və zoogen məhdudlaşdırıcı amillərdir.

Mühafizə tədbirləri

redaktə

Mühafizəsi üçün xüsusi tədbirlər hazırlanmayıb. Antropogen təsirlərin qarşısının alınması, bitdiyi ərazilərin nəzarət altında saxlanılması tələb olunur.

İstinadlar

redaktə
  1. ↑ The Plant List (ing.). 2010.

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Hirkan_qızçiçəyi&oldid=7923424"
LOVE.AZ