Hiss (əsl adı: Röya Məmmədova; 13 iyul 1995[2], Bakı[3]) — azərbaycanlı musiqi sənətçisi.[4][5]
Hiss | |
---|---|
Röya Məmmədova[1] | |
Ümumi məlumatlar | |
Ləqəbi | Hiss |
Doğum tarixi | 13 iyul 1995(1995-07-13)[2] (29 yaş) |
Doğum yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, mahnı yazarı[d] |
Fəaliyyət illəri | 2018-ci ildən |
Janrlar | trep, pop rep[d], hip-hop[d] |
Albom şirkəti | Warner Music Turkey[d] |
Təhsili |
|
Röya Məmmədova 13 iyul 1995-ci ildə Bakıda anadan olub.[6] O, 2013–2017-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alıb.[7]
Hiss musiqi ilə maraqlanmağa 14 yaşında başlayıb. O, 15 yaşında Sən bir nəğməsən adlı musiqi yarışmasında iştirak edib.[7] Professional sənətdə ilk mahnısı 2018-ci ildə ifa etdiyi "Mirvarilər" olub.[8]
O, sənətə başladığı ilk illərdən səhnə adını Hiss (This is Hiss) olaraq seçib.[4][7]
Onun sayca beşinci treki olan "İstəmirəm" aylar ərzində Shazam Türkiyə çartında top 50-də yer alıb.[9] Mahnıya çəkilmiş klip YouTube-da 20 milyondan çox izlənilib.[10][11]
Hiss 2021-ci ilin sentyabrında Show TV-də yayımlanan Bir Başka Güzel proqramında xüsusi dəvətlə[11] çıxış edib.[12] Onun 2021-ci ildə ifa etdiyi "Karma" treki uzun müddət Azərbaycan üzrə YouTube və Apple Music trendlərində birinci yerdə qərarlaşıb.[13]
O, ABŞ-nin ən böyük musiqi şirkəti olan Warner Music Group ilə İsfar Sarabskidən sonra müqavilə imzalayan 2-ci azərbaycanlı müğənni olub.[14]
Hiss 28 aprel 2023-cü ildə "Formula 1 Azərbaycan Qran Prisi 2023" açılış mərasimində çıxış edib.[15] O, həmçinin 17 may 2023-cü ildə Milli Gimnastika Arenasında keçirilən Bədii gimnastika üzrə 39-cu Avropa çempionatının açılış mərasimində,[16] 3 iyun 2023-cü ildə isə Bakcell Arenada keçirilən Azərbaycan Kubokunun finalındakı bağlanış mərasimində səhnəyə çıxıb.[17]
Studiya albomları
Akustik albomları
Sinqllar
Ad | İl | Rejissor(lar) |
---|---|---|
"Mirvarilər" | 2018 | — |
"Biri var" | — | |
"Sevdim" | 2019 | Bəhruz Abdullayev |
"Get" | — | |
"İstəmirəm" | Nicat Alışov | |
"Qorxuram" | 2020 | — |
"Bir ömürün nəğməsi" | — | |
"Kəpənəklər" | Nicat Alışov | |
"Sayıram" | 2021 | İsmayıl İsmayılov |
"Cəsarət" | Asəf Rəhimli | |
"Karma" | Emil Hashimli, Mukhtar Hasan | |
"Zəng Elə" | Emil Hashimli | |
"Bela" | 2022 | Ece Naz Kızıltan |
"Şans" | Nuran Mammadov | |
"Çək" | Fuad İsmayılov | |
"Busan" | Togrul Rzayev | |
"Unuduram" | Farman Bashirli | |
"Mənə Pis Olma" | 2023 | İsmail Eren Yalçın |
"Nostalgiya" | Emil Hashimli | |
"Biology" | İsmail Eren Yalçın | |
"Dilək" | Elgün Cəfərov | |
"Laylay" | Rəşad Hüseynov | |
"Etiraf" | Ruslan Cafar | |
"Kədərli Bölüm" | 2024 | Fərman Bəşirli |
"Best" | Hiss, PRoMete | |
"Eşq limanı" | — | |
"Kim qalacaq" | 2025 | Ruslan Cafar |
"Canın Sağ Olsun " | Xəyal Səlimov Vusal Rüstəmov | |
"Sevə Sevə" | Farman Bəşirli Aydın Bayramov |
müğənni Hiss (Röya Məmmədova)
İlk mahnısı “Mirvarilər” olsa da
Hiss – İstəmirəm
Hiss – İstəmirəm
Azerbaijan
чей хит «Sevdim» в короткий срок успел полюбиться азербайджанским слушателям
“Sevdim” mahnısı hitə çevrilərək azərbaycanlı dinləyicilərin sevimlisinə çevrilən müğənni Hiss
Hiss – Monoton
Mənim “Karma” adlı mahnım həftələrdir trend 1-dədir