. Love.az

Hitodama - Wikipedia - Love.az

Ana Səhifə - Hitodama

Hitodama (人魂?, azərb. insan ruhu‎) – Yaponiya folklorunda insanın ölümü zamanı onun bədənindən ayrılan ruh. İnanca görə bu ruh mavitəhər ağ rəngə malik quyruqlu alov topları şəklinə düşür.[1]

Toriyama Sekien tərəfindən rəsm edilən bir hitodama.

Hitodama görmək insanın öləcəyi barədə ənənəvi proqnoz hesab olunurdu.[1] Lakin Orta əsr ədəbiyyatında onları uzaqlaşdırmaq üçün bir çox yol təklif olunub.[1] Müasir dövrdə də gecə vaxtı qəbiristanlıqda və ya evin damının üzərində hitodama gördüyünü iddia edən şəxslərə rast gəlmək mümkündür.[1] Meteorlar, fosforesensiya və ya digər təbiət hadisələrinin hitodama üçün mənbə olduğu güman olunur.[1]

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 Kodansha Encyclopedia of Japan. səh. 207

Ədəbiyyat

redaktə
  • Kodansha Encyclopedia of Japan. III cild. Tokio: Kodansha. 1983. səh. 207. ISBN 0-87011-623-1. İstifadə tarixi: 7 noyabr 2021.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Hitodama&oldid=6607455"
LOVE.AZ