Homininae və ya Afrika antropomorfidləri (lat. Homininae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin primatlar dəstəsinin hominidlər fəsiləsinə aid heyvan yarımfəsiləsi. Bu yarımfəsilə birinci dəfə 1825-ci ildə Con Eduard Qrey tərəfindən müəyyənləşdirilmişdir. O, bu yarımfəsiləni hominidlər fəsiləsinə aid etmişdir.
Homininae | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
![]() | ||||||||||||
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Dəstəüstü: Qranddəstə: Mirdəstə: Dəstə: Yarımdəstə: İnfradəstə: Parvdəstə: Fəsiləüstü: Fəsilə: Yarımfəsilə: Homininae |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Mövcud (5 növ) və nəsli kəsilmiş növləri ilə bərabər iki tribaya malikdir: Homininlər tribası[a] və Qorilla tribası[b]. Bəzi müəlliflər isə Şimpanze cinsinin bəzən özünün üçüncü tribası olan, Paniniyə məxsus olduğunu düşünürlər. Homininae, hominidlər nəslindən (təxminən 16 milyon il əvvəl) oranqutanların (Ponginae yarımfəsiləsi) ayrılmasından sonra meydana çıxmış və oranqutanlardan daha çox insanlarla yaxın qohumluğu olan bütün hominidləri əhatə edir. Bu yarımfəsiləyə məxsus olan bütün canlılar homininlər kimi müəyyən edilmişdirlər.[c][3][4]
Vikikitabda Dichotomous Key mövzusuna dair mətn var. |