. Love.az

Hundi Sultan Ii Beyazidin Qizi - Wikipedia - Love.az

Ana Səhifə - Hundi Sultan Ii Beyazidin Qizi

Hundi Sultan (1464, Amasya, Osmanlı imperiyası – 1511, Bursa, Osmanlı imperiyası) — 8. Osmanlı sultanı II Bəyazidin qızı.[1][2][3]

Hundi Sultan
Şəxsi məlumatlar
Doğum tarixi 1464
Doğum yeri
  • Amasya, Osmanlı imperiyası
Vəfat tarixi 1511
Vəfat yeri
  • Bursa, Osmanlı imperiyası
Dəfn yeri
  • Muradiyə Külliyəsi
Atası II Bəyazid
Anası Bülbül Xatun
Həyat yoldaşı
  • Herseqli Əhməd Paşa (1479–1511)
Uşaqları Sultanzadə Musa bəy
Sultanzadə Mustafa bəy
Qəmərşah xanım Sultan
Hümaşah xanım Sultan
Mahdümzadə xanım Sultan
Aynişah xanım Sultan

Mündəricat

  • 1 Həyatı
  • 2 Övladları
  • 3 Mənbə
  • 4 İstinadlar

Həyatı

redaktə

Hundi Sultan 1464-cü ildə Amasyada dünyaya gəldi. Atası Fateh Sultan Mehmedin oğlu və o illərdə Amasya sancaqbəyi olan Şahzadə Bəyazid, anası isə onun kənizlərindən Bülbül Xatundur. Uşaqlıq illəri Amasyada keçən Hundi Sultan 1479-cu ildə Anadolu bəylərbəyi Herseqli Əhməd Paşayla evləndi. Cütlüyün bu nigahdan 4 övladı dünyaya gəldi.

Əri Herseqli Əhməd Paşa atası Sultan Bəyazid və ögey qardaşı Yavuz Sultan Səlim səltənətlərində ümumilikdə 5 dəfə sədarətə gətirildi. Onun üçüncü sədarət dönəmində — 1511-ci ildə Hundi Sultan vəfat etdi. Cənazəsi Bursada Muradiyə külliyəsindəki Şahzadə Mahmud türbəsinə — anası və qardaşlarının yanına dəfn olundu.

Övladları

redaktə
  • Sultanzadə Musa bəy
  • Sultanzadə Mustafa bəy — 1533-cü ildə Bozox sancaqbəyi təyin edildi.
  • Qəmərşah xanım Sultan (ö. 1542)
  • Hümaşah xanım Sultan (ö. 1551)
  • Mahdümzadə xanım Sultan (ö. 1511)
  • Aynişah xanım Sultan

Mənbə

redaktə
  • Türe, Fatma; Keşoğlu, Birsen Talay (July 12, 2011). Women's Memory: The Problem of Sources. Cambridge Scholars Publishing. p. 63. ISBN 978-1-443-83265-6
  • Majer, Hans Georg (2002). Frauen, Bilder und Gelehrte: Studien zu Gesellschaft und Künsten im Osmanischen Reich, Volume 1. Simurg. p. 105. ISBN 978-9-757-17263-5
  • Sakaoğlu, Necdet (2008). Bu mülkün kadın sultanları: Vâlide sultanlar, hâtunlar, hasekiler, kadınefendiler, sultanefendiler. Oğlak Yayıncılık. ISBN 978-9-753-29623-6

İstinadlar

redaktə
  1. ↑ Yavuz Bahadıroğlu, Resimli Osmanlı Tarihi, Nesil Yayınları (Ottoman History with Illustrations, Nesil Publications), 15th Ed., 2009, ISBN 978-975-269-299-2 (Hardcover).
  2. ↑ Uluçay 2011, p. 50
  3. ↑ Beiträge-Institut za istoriju Sarajevo, 1978, p. 80
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Hundi_Sultan_(II_Bəyazidin_qızı)&oldid=7170740"
LOVE.AZ