III Karl (it. Carlo III di Borbone; 14 yanvar 1823[1], Lukka, Toskana[4] – 27 mart 1854[1], Parma) — Parma və Piaçensa hersoqu.
III Karl | |
---|---|
![]() | |
17 may 1849 – 27 mart 1854 | |
Əvvəlki | II Karl |
Sonrakı | I Robert |
Şəxsi məlumatlar | |
Doğum adı | Ferdinando Carlo Giuseppe Maria Vittorio Baldassare[2][3] |
Doğum tarixi | 14 yanvar 1823(1823-01-14)[1] |
Doğum yeri | |
Vəfat tarixi | 27 mart 1854(1854-03-27)[1] (31 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | bıçaq xəsarəti[d] |
Dəfn yeri | |
Fəaliyyəti | monarx |
Atası | II Karl (Parma hersoqu) |
Anası | Savoyyalı Mariya Tereza |
Həyat yoldaşı |
|
Uşaqları | |
Təltifləri |
![]() ![]() |
![]() |
1823-cü ildə Lukkada dünyaya gəldi. Atası Burbon-Parma ailəsinə mənsub Parma hersoqu II Karl, anası isə Savoyya hersoqu I Viktor Emmanuilin qızı Mariya Terezadır. Atasının 1824-cü ildə Lukka taxt-tacına sahiblənməsiylə, hələ 1 yaşında ikən Lukka taxt-tacının varisi oldu. Bu səbəblə, mükəmməl saray təhsili aldı. İspan, fransız, macar, alman və ingilis dilləri, eləcə də italyan tarixi və dili üzrə təlimlər aldı. Valideynləri arasındakı soyuqluq səbəbilə, anası illər keçdikcə dinə meyl etdi və Karl bəlli yaşdan sonra anasını görə bilmədi. Digər yandan hedonist biri olan atası dövlət məsələlərindən uzaq, məşuqələriylə Avropanın müxtəlif şəhərlərinə səyahət etməklə məşğul idi. Bu səbəblə, ərköyün və nadinc bir uşaqlığı oldu.
Yetkinlikdə hərbi sahəyə maraq duydu və atasının təsdiqiylə, 1841-ci ildə bir illik Turin Hərbi məktəbinə göndərildi. 10 noyabr 1845-ci ildə Vyana yaxınlığında Artualı Luiza ilə evləndirildi. Gəlin namizədi, Fransa kralı X Karlın nəvəsi və Berri hersoqu Karl Ferdinandın yeganə qızı idi. Cütlüyün bu nigahdan 4 övladı dünyaya gəldi.
Atasının 1847-ci ildə Parma taxt-tacına sahiblənməsiylə, Parma taxt-tacının varisi oldu. Ancaq atasının səltənəti qısa oldu. Sardiniya kralı Çarlz Albertin dəstəyiylə Parmada inqilab baş tutdu. Atası qaçmaq istərkən ələ keçirildi və bir neçə ay Milanda həbs tutuldu. Vəliəhd Karl isə ailəsiylə birlikdə öncə Maltaya, ardından İngiltərəyə sığındı. 5 aprel 1849-cu ildə atası Avstriya ordusunun yardımıyla Parmada hakimiyyətini bərpa etsə də, vəliəhd Karl İngiltərədən ayrılmadı.
17 may 1849-cu ildə atasının taxtdan çəkilməsiylə Parma hersoqluğuna sahibləndi. Buna baxmayaraq təbəəsi tərəfindən sevilmədi. Nəticədə 26 mart 1854-cü ildə sui-qəsd nəticəsində ağır yaralandı. Aldığı bıçaq yarası səbəbilə ertəsi gün - 27 mart 1854-cü ildə vəfat etdi.