II Frederik Qonzaqa (it. Federico II Gonzaga; 17 may 1500, Mantuya, Mantova əyaləti – 28 avqust 1540, Mantuya hersoqluğu) — I Mantuya hersoqu.
II Frederik Qonzaqa | |
---|---|
![]() | |
3 aprel 1519 – 25 mart 1530 | |
Əvvəlki | II Françesko Qonzaqa |
25 mart 1530 – 28 iyun 1540 | |
Sonrakı | III Françesko Qonzaqa |
30 aprel 1533 – 28 iyun 1540 | |
Əvvəlki | Con Georq |
Sonrakı | III Françesko Qonzaqa |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 17 may 1500 |
Doğum yeri | |
Vəfat tarixi | 28 avqust 1540 (40 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | sifilis |
Fəaliyyəti | rəsm kolleksioneri[d], mesenat[d] |
Atası | II Françesko Qonzaqa (Mantuya markizi)[1] |
Anası | İzabella d'Este (Mantuya markqrafinyası)[1] |
Uşaqları | |
![]() |
1500-cü ildə Mantuyada dünyaya gəldi. Atası Mantuya markizi II Françesko Qonzaqa, anası isə Neapol kralı I Ferdinandın nəvəsi İzabella d'Estedir. Dövrün siyasi şəraiti səbəbilə 10 yaşında papa II Yulinin yanına göndərildi və 3 il boyunca Romada girov tutuldu. 1515-1517-ci illərdə isə Fransa kralı I Fransisk tərəfindən Qonzaqa ailəsiylə ittifaqı qorumaq məqsədilə girov tutuldu.
3 aprel 1519-cu ildə atasının ölümünün ardından anası və 2 əmisinin naibliyi altında taxta çıxarıldı. 7 aprel 1521-ci ildə Müqəddəs Roma imperatoru V Karl tərəfindən ünvanı təsdiq edildi. Həmin ilin iyulunda papa X Lev tərəfindən Papa dövləti ordusunun baş komandanı təyin edildi və 1521-ci ildə Parmada, 1522-ci ildə isə Pyaçentsada fransızlara qarşı döyüşdü.
1517-ci ildə Monferrat markizi IX Vilyamın böyük qızı Mariya Paleologina ilə nişanlansa da, 1529-cu ildə bu ittifaq pozuldu və II Frederik onun bacısı Marqarita üçün evlilik təklifi göndərdi. Nəhayət, cütlük 3 oktyabr 1531-ci ildə evləndi. Cütlüyün 7 övladı dünyaya gəlsə də, bunlardan ikisi uşaq yaşda vəfat etdi.
1533-cü ildə xanımının əmisi olan Con Georq geridə varis qoymadan vəfat etdi və xanımı Marqarita Paleoloqina Monferrat markqrafinyası oldu. Ancaq realda onun bütün mülkləri ispanlar tərəfindən işğal edilmişdi. Bu səbəblə, II Frederik evlilik haqqı olaraq 1536-cı ildə Monferrat taxt-tacını xanımından təhvil aldı.
Valideynləri kimi incəsənətə marağı olan II Frederik bir çox incəsənət xadimi və sənətkarı himayə etdi. Rafael Santinin tələbələrindən Julio Romanonun nəzarəti altında Mantuya yaxınlığındakı Palazzo del Te sarayını inşa etdirdi. Ardından onu 16 il boyunca öz sarayında himayə edərək bir çox sənət əsərinin meydana çıxmasına şərait yaratdı. Məşhur italyan rəssamı Tisian Veçelliodan bir neçə portret satın aldı. Tisian Veçellio tərəfindən 1529-cu ildə hazırlanan portreti hal-hazırda Madriddəki Prado muzeyində nümayiş etdirilir.
Atası kimi firəngi xəstəliyindən əziyyət çəkən II Frederik 28 iyun 1540-cı ildə Marmirolodakı villasında vəfat etdi.