. Love.az

Ii Hacaparaq Nekropolu - Wikipedia - Love.az

Ana Səhifə - Ii Hacaparaq Nekropolu
Bu adın digər istifadə formaları üçün bax: Haçaparaq nekropolu.
Bu adın digər istifadə formaları üçün bax: Haçaparaq.

II Haçaparaq nekropolu — Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində nekropol.

Nekropol Haçaparaq yaşayış yerindən şimalda, Naxçıvan Əshabi-Kəhf asfalt yolunun sol tərəfində yerləşir. Başdaşları yonulmamış qaya parçalarındandır. Bəzi qəbirlərin ətrafı dördkünc formada çay daşları ilə əhatələnmiş, bəzilərinin isə üzərinə daş yığılmışdır. Torpaqda qazılan qəbirlər müsəlman qibləsinə yönəldilmişdir. Bir çox qəbirlərin yerüstü əlamətləri itmişdir. Qəbiristanlığı XVIII–XX əsrlərə aid etmək olar.[1]

İstinadlar

redaktə
  1. ↑ Bахşəliyеv, Vəli. Nахçıvаnın аrхеоlоji аbidələri (PDF) (az.). Bakı: "Elm". 2008. səh. 106. 2019-04-12 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-04-12.

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=II_Haçaparaq_nekropolu&oldid=8060510"
LOVE.AZ