II Pedro (port. Pedro II, 2 dekabr 1825[1][2][…], Rio-de-Janeyro – 5 dekabr 1891[1][2][…], Paris) — Braziliya imperatoru olaraq Braqansa dinastiyasından olan və ölkəni 1831–1889-cu illərdə idarə edən şəxs
II Pedro | |
---|---|
port. Pedro II | |
![]() | |
Şəxsi məlumatlar | |
Doğum adı | Dom Pedro de Alcântara João Carlos Leopoldo Salvador Bibiano Francisco Xavier de Paula Leocádio Miguel Gabriel Rafael Gonzaga de Bragança e Habsburgo |
Doğum tarixi | 2 dekabr 1825(1825-12-02)[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 5 dekabr 1891(1891-12-05)[1][2][…] (66 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ağciyər iltihabı |
Dəfn yeri | |
Atası | I Pedru |
|
|
Təltifləri |
![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() |
Monoqram |
![]() |
![]() |
|
![]() |
Adı — Pedro di Alkantara Juan Karluş Leopoldo Salvador Bibiano Fransisko Şaver di Paula Leokadio Migel Qabriel Rafael Qonzaqa di Braqansa və Austriya (port. Pedro de Alcântara João Carlos Leopoldo Salvador Bibiano Francisco Xavier de Paula Leocádio Miguel Gabriel Rafael Gonzaga de Bragança e Áustria).
II Pedro öz imperator postuna cəmi 5 yaşında I Pedru (Braziliya imperatoru)nun ölümündən sonra gəlir. Parlament 1840-cı ilə qədər ölkəni idarə edərək onu hakimiyyətun yeganə mənbəyi elan etmişdir. Yaxşı təhsil almışdır (onun ilk müəllimi Joze Bonifasiu di Andrada və Silva olmuşdur).
1843-cü ildə o, Tereza Kristina Burbon Siçiliyalı ilə evlənmişdir(1822–1889). O, I Fransiskın (Birləşmiş Siçiliyanın kralı) qızıdır. Onların iki oğlu və iki qızı doğulur:
II Pedronun hakimiyyəti dönəmində bir sıra müharibələr baş vermişdir. . 1865-ci ildə başlanan Paraqvay müharibəsi onu göstərdi ki, Braziliya çox zəifdir. Orduda silah, pul çatışmazlığı özünü açıq aydın göstərirdi. Demək olar ki, bütün azad insanlar müharibəyə cəlb edilmişdi. Bu onu göstərdi ki, artıq quldarlıq çökmüşdür.
II Pedronun özünə gəldikdə isə mülayim, liberal insan olaraq çox guman ki, ölkəsində gedən insan alverinə utançvericiliklə yanaşmışdır. O ölkədə Abolisionizmin güçləndiyini, ona və quldarlara münasibətin kəskinləşdiyini hiss edirdi. Bu da ölkədə respublika meyillərinin artmasına və quldarlığın ləğvinə olan meyilləri güçlənirdi.
1888-ci ildə imperator ölkədə yox idi və Avropada müalicə alırdı. Onun vəliəhd qızı quldarlığın ləğvi haqqında qanun qəbul edir. Ancaq bu monarxiyanı xilas edə bilmədi. 15 noyabr 1889 respublikaçılar üsyana başlayırlar və Pedronu legitim hesab etmirlər. İnqilabçıların üzvləri arasında tanınmış şəxslər az olsa da, qətiyyəti ilə fərqlənirdilər. 16 noyabrda II Pedro hakimiyyətdən əl çəkir və Portuqaliyaya getməli olur. 5 dekabr 1891-ci ildə Parisdə vəfat etmişdir. 1939-cu ildə onun və həyat yoldaşının nəşi Braziliyaya gətirilərək orada torpağa tapşırılmışdır.