II Ranuççio Farneze (it. Ranuccio II Farnese; 17 sentyabr 1630[1][2][…], Parma – 11 dekabr 1694[1][2][…], Parma) — 6-cı Kastro, Parma və Piaçensa hersoqu.[3][4]
II Ranuççio Farneze | |
---|---|
it. Ranuccio II Farnese | |
![]() | |
11 sentyabr 1646 – 11 dekabr 1694 | |
Əvvəlki | Odoardo Farneze |
Sonrakı | Françesko Farneze |
11 sentyabr 1646 – 2 sentyabr 1649 | |
Əvvəlki | Odoardo Farneze |
Sonrakı | - |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 17 sentyabr 1630(1630-09-17)[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 11 dekabr 1694(1694-12-11)[1][2][…] (64 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | əsilzadə |
Atası | Odoardo Farneze (Parma hersoqu) |
Anası | Marqarita Mediçi (Parma hersoginyası) |
Həyat yoldaşları |
|
Uşaqları | |
Ailəsi | House of Farnese |
Dini | Roma-Katolik kilsəsi |
|
|
![]() |
|
![]() |
17 sentyabr 1630-cu ildə Parmada dünyaya gəldi. Atası Parma hersoqu Odoardo Farneze, anası isə Toskana hersoqu II Ferdinandın bacısı Marqarita Mediçidir. 1646-cı ildə atasının vəfatının ardından anası və əmisi kardinal Françesko Mariyanın himayəsində taxta çıxarıldı. 2 illik naibliyin ardından hakimiyyəti ələ aldı.
Atasının səltənətinin sonlarında papa VIII Urbanla girişdiyi silahlı münaqişə sülhlə tamamlanmışdı. Ata-baba mülkləri olan Kastro hersoqluğu yenidən ələ keçirilmişdi. Ancaq II Ranuççio atasından qalan borcları ödəməkdən imtina etdi və yeni papa X İnnokentinin Kastroya təyin etdiyi yepiskopu tanımadı. Üstəlik, həmin yepiskop 1649-cu ildə müəmmalı şəkildə öldürüldü. Buna cavab olaraq X İnnokenti Kastro qalasını mühasirəyə aldı və bölgəni talan etdi. Beləcə, Kastro hersoqluğu 1649-cu ildə əldən çıxdı və Papa dövlətinə ilhaq edildi.
İlk evliliyi 29 aprel 1660-cı ildə Savoyya hersoqu II Karl Emmanuilin bacısı Marqarita Yolanda ilə baş tutdu. Cütlüyün 2 övladı doğulsa da, uşaqla eyni gün içində öldülər. Xanımı isə doğuş əsnasında vəfat etdi.
İkinci evliliyi 18 fevral 1664-cü ildə bibisi qızı olan İzabella d'Este ilə baş tutdu. Cütlüyün 3 övladı doğulsa da, xanımı sonuncu doğuş prosesindən sonra xəstə düşdü və 5 gün sonra vəfat etdi.
Üçüncü evliliyi isə 1 yanvar 1668-ci ildə baldızı olan digər bibisi qızı Mariya d'Este ilə baş tutdu. Cütlüyün bu nigahdan 9 övladı doğulsa da, bunlardan yalnız üçü yetkinlik yaşına çata bildi.