IV Laslo (mac. IV. (Kun) László, xorv. Ladislav IV. (Kumanac), slovak. Ladislav IV. (Kumánsky); 5 avqust 1262, bilinmir – 10 iyul 1290) — 1272-1290-cı illərdə Macarıstan və Xorvatiya kralı. Onun anası Yelizaveta Macarıstanda məskunlaşmış bütpərəst Kumanların liderinin qızı idi. Yeddi yaşında Siciliya kralı I Çarlzın qızı Yelizaveta (və ya İzabella) ilə evlənmişdir. Üsyankar lord İoahim Qutkeled onu qaçırıb həbs edəndə Laslo cəmi doqquz yaşında idi.[1]
IV Laslo | |
---|---|
![]() | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 5 avqust 1262 |
Doğum yeri |
|
Vəfat tarixi | 10 iyul 1290 (27 yaşında) |
Anası | Kumanlı Yelizaveta |
Həyat yoldaşı |
|
![]() |
IV Laslo 1262-ci ildə Macarıstan kralı IV Belanın nəvəsi və kral V İştvan ilə onun kuman (polovets) əsilli həyat yoldaşı Yelizaveta (mac. Erzsébet Kun) ailəsində anadan olmuşdur.[2] Anası, Qızıl Orda xanlığından Macarıstana mühacirət etmiş kumanlar içindən idi. Bu səbəbdən IV Laslo, yarı kuman, yarı macar idi. Anasının etnik mənşəyi, onun hakimiyyəti dövründə böyük mübahisələrə və siyasi qarşıdurmalara səbəb olmuşdur. O, xüsusilə macar zadəganları və katolik kilsəsi tərəfindən şübhə və narazılıqla qarşılanırdı.[3]
V İştvan 1272-ci ildə qəfil vəfat etdikdə, oğlu Laslo cəmi 10 yaşında idi.[4] Yaşının az olması səbəbindən ölkədə faktiki hakimiyyət bir sıra zadəgan ailələrinin — xüsusilə Aba, Çak, Köseqi və Qutkeled kimi aristokrat klanların hakimiyyəti altında idi.[5] Laslo nominal olaraq kral olsa da, onun hakimiyyətinin ilk illəri siyasi xaos və baronlar arasında hakimiyyət uğrunda mübarizə ilə keçmişdir.[6] Kral sarayında real hakimiyyət anası Elisabeth Kun və onu dəstəkləyən kuman qəbilələrinin əlinə keçdi. Laslo uşaqlıqdan kuman mədəniyyətinə yaxın böyüdü, onların dilini danışdı, geyimlərini geyindi və həyat tərzlərini mənimsədi.[7] Bu isə onu getdikcə daha da macar zadəganlarından və xristian din adamlarından uzaqlaşdırdı.[8]
Laslonun hakimiyyətinin çox hissəsi feodal anarxiyası və mərkəzi hakimiyyətin zəifləməsi ilə xarakterizə olunur. Əsas səbəblər bunlar idi[9]:
Kralın xristian həyat yoldaşı, İtalyan əsilli Yelizaveta ilə münasibətləri də uğursuz olmuşdu. O, onu da həbs etmiş və kuman qadınlarla açıq-aşkar birlikdə yaşamışdı.[10] Laslonun anası kuman olduğu üçün kral daim onları qorumağa çalışmışdı. Lakin 1279-cu ildə Papa və Macarıstan kilsəsi, kumanların xristianlığı qəbul etməsini tələb etmişdir. Kumanlar isə buna qarşı üsyan etdilər və nəticədə Macarıstan içində vətəndaş qarşıdurması başladı. 1282-ci ildə kumanlar açıq şəkildə üsyan etmiş və məşhur Hod döyüşünə səbəb olmuşdur.[11] Bu döyüşdə Laslo macar zadəganları ilə birlikdə vuruşaraq kumanları məğlub etmişdir. Lakin sonradan Laslo yenidən onlara yaxınlaşmış və faktiki olaraq onların arasında yaşamağa başlamışdır. 1285-ci ildə Qızıl Orda xanınlarından olan Noğay xan və Tula-Buqa ikinci dəfə Macarıstana hücum etdilər.[12] Bu monqol istilası əvvəlki (1241–42) istilaya nisbətən zəif olsa da, ölkəyə ciddi ziyan vurdu. İşğalın qarşısı əsasən yerli baronlar və əyalət qoşunları tərəfindən alındı. Laslonun özü döyüşlərə az müdaxilə etmişdir. Bu, onun nüfuzunu daha da azaltmışdır.[13]
IV Laslo 1290-cı ildə — cəmi 28 yaşında ikən qətlə yetirildi.[14] Onu, böyük ehtimalla, xristianlaşdırılmağa məcbur edilmiş kumanlar tərəfindən öldürüldü. Rəvayətə görə, qətl onun düşərgəsində, kumanlarla birlikdə yaşadığı vaxt baş vermişdi. [15]Onun ölümü ilə Arpad sülaləsinin kişilər xətti üzərində varisliyi böhran vəziyyətinə düşmüşdür. Bu hadisə Macarıstanda siyasi parçalanmaya və daha sonra Anju sülaləsinin taxta çıxmasına yol açmışdır.[16]
Vikianbarda IV Laslo ilə əlaqəli mediafayllar var. |