. Love.az

I Aleksandr Kaxeti Cari - Wikipedia - Love.az

Ana Səhifə - I Aleksandr Kaxeti Cari

I Aleksandr Georgiyeviç (gürc. ალექსანდრე I, Alek’sandre I) — 1476–1511-ci illərdə Kaxeti çarı. Osmanlı və Səfəvi qoşunlarının Kaxetiyə basqın təhlükəsinin qarşısını almaq məqsədilə müttəfiqlər axtaran I Aleksandr Rusiya dövləti ilə monqol istilasından sonra kəsilmiş əlaqələri bərpa etmiş, 1483-cü və 1491-ci illərdə III İvanın yanına elçilər gəndərmişdi. XVI əsrin əvvəlindən Şah İsmayılın vassalı olmuşdur. Gürcüstan üzərində Osmanlı ilə Səfəvilər dövləti arasında mübarizənin səbəb olduğu saray çəkişmələri nəticəsində öldürülmüşdür.[1]

I Aleksandr
gürc. ალექსანდრე I
Kaxeti çarı
1476 – 1511
ƏvvəlkiVIII Georgi
SonrakıII Georgi
Şəxsi məlumatlar
Doğum tarixi 1454
Doğum yeri
  • Tiflis, Gürcüstan çarlığı
Vəfat tarixi 27 aprel 1511
Vəfat yeri
  • Tiflis, Kartli krallığı
Fəaliyyəti monarx
Atası VIII Georgi (Gürcüstan çarı)
Ailəsi Baqrationi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İstinadlar

redaktə
  1. ↑ Александр Ы Ҝеорҝијевич // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 224.

Əlavə ədəbiyyat

redaktə
  • Славянская энциклопедия. Киевская Русь — Московия: в 2 т. / Автор-составитель В. В. Богуславский. — Т. 1. — С. 14.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=I_Aleksandr_(Kaxeti_çarı)&oldid=7506902"
LOVE.AZ