. Love.az

I Janfrancesko Qonzaqa Mantuya Markizi - Wikipedia - Love.az

Ana Səhifə - I Janfrancesko Qonzaqa Mantuya Markizi

I Janfrançesko Qonzaqa (it. Gianfrancesco I Gonzaga; 1395[1][2][…], Mantuya, Mantova əyaləti – 23 sentyabr 1444, Mantuya, Mantova əyaləti) — I Mantuya markizi. O, həmçinin "Xalqın komandanı" ünvanı daşıyan kondotyer idi.

I Janfrançesko Qonzaqa
it. Gianfrancesco I Gonzaga
Mantuya lordu
7 mart 1407 – 22 sentyabr 1433
ƏvvəlkiI Françesko Qonzaqa
I Mantuya markizi
22 sentyabr 1433 – 23 sentyabr 1444
SonrakıIII Lüdovik Qonzaqa
Şəxsi məlumatlar
Doğum tarixi 1395[1][2][…]
Doğum yeri
  • Mantuya, Mantova əyaləti, Lombardiya
Vəfat tarixi 23 sentyabr 1444
Vəfat yeri
  • Mantuya, Mantova əyaləti, Lombardiya
Fəaliyyəti kondotyer
Həyat yoldaşı
  • Paola Malatesta (1409–1444)
Uşaqları
  • III Lüdovik Qonzaqa (Mantuya markizi)
Dini xristianlıq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1395-ci ildə dünyaya gəldi. Atası Mantuya lordlarından kondotyer I Françesko Qonzaqa, anası isə Rimini lordu I Qaleotto Malatestanın qızı Marqaritadır.[3]

1407-ci ildə atasının vəfatıyla Mantuya şəhərinin idarəsini ələ aldı. Ancaq hələ 12 yaşında idi və bu səbəblə, dayısı I Karlo Malatestanın himayəsində qaldı. 1409-cu ildə uzaq qohumu Paola Malatesta ilə evləndi.[3] Cütlüyün bu nigahdan 8 övladı dünyaya gəldi.

  • III Lüdovik
  • Karlo Qonzaqo (1417-1456),
  • Marqarita Qonzaqo (1418-1439)
  • Rodolfo (1420)
  • Janlusido (1421-1448)
  • Frederik (1422)
  • Sesilya Qonzaqo (1426-1451)
  • Alessandro (1427-1466)

22 sentyabr 1433-cü ildə 12 min qızıl florin xərac ödəyərək Müqəddəs Roma imperatoru Sigizmunddan markqraf ünvanı satın aldı.[4] 1412-ci ildə Papa dövləti, 1417-ci ildə Malatestalar üçün döyüşdü və 1434-cü ildən etibarən Venesiya Respublikasının hərbi komandanı olaraq xidmət etdi.[4] Daha sonra tərəf dəyişərək Milan hersoqu Filippo Mariya Vizkonti üçün Venesiyaya qarşı döyüşdü. Bu isə bəzi kiçik bölgələrin əlindən çıxmasına səbəb oldu.

Mənbə

redaktə
  • Brown, Alison. The Renaissance. Routledge. 1988.74
  • Campbell, Thomas P. Tapestry in the Renaissance: Art and Magnificence. The Metropolitan Museum of Art. 2002.
  • Wilson, Katharina M.; Margolis, Nadia, redaktorlar Gonzaga, Cecilia // Women in the Middle Ages. Greenwoods Press. 2004.
  • Woodward, William Harrison. Vittorino Da Feltre and Other Humanist Educators. University of Toronto Press. 1996.

İstinadlar

redaktə
  1. ↑ 1 2 Marquis of Mantua Gianfrancesco Gonzaga // Faceted Application of Subject Terminology.
  2. ↑ 1 2 Lundy D. R. Gianfrancesco Gonzaga, Marchese di Mantova // The Peerage (ing.).
  3. ↑ 1 2 Fletcher, Stella. The Longman Companion to Renaissance Europe, 1390-1530. Routledge. 2013.
  4. ↑ 1 2 Brinton, Selwyn. The Gonzaga - Lords of Mantua. Methuen & Co. Ltd. 1927.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=I_Janfrançesko_Qonzaqa_(Mantuya_markizi)&oldid=8116902"
LOVE.AZ