. Love.az

I Sultan Ehmed Xan - Wikipedia - Love.az

Ana Səhifə - I Sultan Ehmed Xan

I Sultan Əhməd xan (qazaxca Alaca xan, Oyratca Olaca xan "Qatil xan"; 1465, Moğolustan – 1504, Aksu) — Şərqi və Mərkəzi Moğolustanın hakimi, Yunus xanın oğlu.

I Sultan Əhməd xan
Moğolustan xanı
1485 – 1504
ƏvvəlkiYunus xan
SonrakıMənsur xan
Şəxsi məlumatlar
Doğum tarixi 1465
Doğum yeri Moğolustan
Vəfat tarixi 1504
Vəfat yeri Turfan
Atası Yunus xan
Uşaqları oğlanları:
Mənsur xan
Ailəsi Çingizlilər, Cığataylılar
Dini Sünni İslam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Ailəsi
  • 3 Ədəbiyyat
  • 4 Həmçinin bax

Həyatı

redaktə

Sultan Əhməd xan Yunus xan oğlu 1465-ci ildə anadan olmuşdu. 1485-ci ildə Moğolustan çöllərinə gedərək 10 il Kalmak-oyratlarla, özbək-qazaxlarla döyüşə-döyüşə Şərqi və Mərkəzi Moğolustanı və Turfan dairəsini özünə tabe etdi.

I Sultan Əhməd xan 1502-1503-cü illərdə qardaşı I Sultan Mahmud xanla bərabər Məhəmməd Şeybani xana qarşı döyüşə yollandı. Öz yurdunu böyük oğlu Mənsur xana verdi. Son döyüşdə Çuçi nəslindən olan Özbək xanına əsir düşdü, lakin tezliklə azad edildi.

I Sultan Əhməd xan 1504-cü ildə iflicdən vəfat etdi.

Ailəsi

redaktə

Qızları:Məhim xanım — ikinci qızı, Adık sultan Qazaxın oğlu Buydaş sultanın arvadı.

  • Sultan Məhəmməd Baburun dayısıdır.

Ədəbiyyat

redaktə
  • Акимушкин О. Ф. Средневековый Иран: Культура, история, филология. — СПб.: Санкт-Петербург "Наука", 2004. — С. 257-264. — 403 с. — (Восток: Общество, культура, религия). — 1200 экз. — ISBN 5-02-027059-8.
  • Султанов Т. И. Чингиз-хан и Чингизиды. Судьба и власть. — М.: АС:АСТ МОСКВА, 2006. — 445 с. — (Историческая библиотека). — 5000 экз. — ISBN 5-17-0358040.

Həmçinin bax

redaktə
  • Moğolustan
  • Mavəraünnəhr
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=I_Sultan_Əhməd_xan&oldid=6906325"
LOVE.AZ