. Love.az

Israel Aerospace Industries - Wikipedia - Love.az

Ana Səhifə - Israel Aerospace Industries

İsrail Aerokosmik Sənayesi (ivr. ‏התעשייה האווירית לישראל‏‎, ha-ta'asiya ha-avirit le-yisra'el) və ya qısa adı ilə IAI (תע"א) — İsrailin həm hərbi, həm də mülki sektorda əsas aerokosmik və aviasiya istehsalçısı və təchizatçısıdır. 2013-cü il məlumatına əsasən şirkətin 16,000 nəfər əməkdaşı var. IAI şirkətinin bütün səhmləri İsrail dövlətinə məxsusdur.

İsrail Aerokosmik Sənayesi
Loqonun şəkli
Ümumi məlumatlar
Tipi Dövlət şirkəti
Sənaye silah sənayesi[d], aviakosmos sənayesi[d]
Məhsulları Mülki və hərbi təyinatlı aviasiya avadanlıqları
Təsis tarixi 1953
Baş qərargahın yeri
  • Lod[1]
İqtisadi göstəriciləri
Ümumi gəliri ▲ 3.83 milyard $
Xalis mənfəəti ▲ 27 milyon $
Əməliyyat mənfəəti ▲ 571 milyard $
Struktur
İşçi sayı 16,000
Tərəfdaşlar Elta[d]
Rəhbərlik
Təsisçi

Şimon Peres

Al Şvimmer
www.iai.co.il
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

IAI mülki təyyarə, döyüş təyyarəsi, pilotsuz uçuş aparatları, raket, müxtəlif avionika istehsalı və təmiri ilə məşğul olur.

IAI-nin əsas istiqaməti aviasiya və kosmik sənaye olmasına baxmayaraq, şirkət, həmçinin quru və dəniz qüvvələri üçün də müxtəlif hərbi təyinatlı məhsulların istehsalı ilə məşğul olur. Bu məhsullar xüsusilə İsrail Silahlı Qüvvələrinin ehtiyacını ödəmək məqsədilə hazırlansa da, bəzi xarici ölkələrə də ixrac edilir.

Həmçinin bax

redaktə
  • İsrail Silahlı Qüvvələri
  • İsrail Hərbi Hava Qüvvələri
  • Şimon Peres

Xarici keçidlər

redaktə
  Vikianbarda Israel Aerospace Industries ilə əlaqəli mediafayllar var.
  • Israel Aerospace Industries — rəsmi sayt.
  • IAI Space Systems
  • IAI Space Division
  1. ↑ Global LEI index.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Israel_Aerospace_Industries&oldid=7287910"
LOVE.AZ