. Love.az

Jan Batist Bio - Wikipedia - Love.az

Ana Səhifə - Jan Batist Bio

Jan Batist Bio (21 aprel 1774[1][2][…], Paris, Fransa krallığı[3] – 3 fevral 1862[1][2][…], Paris, İkinci Fransa İmperiyası[3]) — fransız fiziki, geodeziyaçısı və astronomu, Paris EA-nın üzvü (1803).[9]

Jan Batist Bio
fr. Jean-Baptiste Biot
Doğum tarixi 21 aprel 1774(1774-04-21)[1][2][…]
Doğum yeri
  • Paris, Fransa krallığı[3]
Vəfat tarixi 3 fevral 1862(1862-02-03)[1][2][…] (87 yaşında)
Vəfat yeri
  • Paris, İkinci Fransa İmperiyası[3]
Dəfn yeri
  • Monparnas qəbiristanlığı[d][4]
Elm sahəsi fizika
İş yerləri
  • De Frans Kolleci (1800–1862)[5][2],
  • Paris Elm fakültəsi[d] (1809–1862)[2]
Təhsili
  • Fransa Politexnik Məktəbi (1794–1797)[2],
  • Paris Yol və Körpü Milli Məktəbi (1794)[2]
Elmi rəhbərləri Qaspar Monj, Pyer Simon Laplas[6]
Üzvlüyü
  • London Kral Cəmiyyəti,
  • Fransa Akademiyası (1856–1862)[7],
  • İsveç Kral Elmlər Akademiyası,
  • Fransa Elmlər Akademiyası (1803–)[8],
  • Amerika İncəsənət və Elmlər Akademiyası,
  • Rusiya Elmlər Akademiyası,
  • Prussiya Elmlər Akademiyası[d],
  • Bavariya Elmlər Akademiyası[d],
  • Turin Elmlər Akademiyası[d] (1845–)[3]
Mükafatları "Fəxri Legion" ordeni komandoru (Fransa) — 1849 "Fəxri legion" ordeni kavaleri (Fransa) — 1814 İncəsənət və elm sahəsində Pour le Mérite ordeni (Prussiya) — 1850
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Fəaliyyəti
  • 3 Həmçinin bax
  • 4 İstinadlar
  • 5 Xarici keçidlər

Həyatı

redaktə

Parisdə Politexnik Məktəbdə təhsil almışdır. Kollej de Fransın (1800) və Paris Universitetinin (1809) professoru, Yer meridianının uzunluğunu ölçmə üzrə komissiyanın üzvü olmuşdur (1806). Göy mexanikasına və qazların xassələrini öyrənməyə aid işlərin müəllifidir. 1804-cü ildə J.L. Gey–Lüssakla birlikdə müxtəlif hündürlüklərdə havanın tərkibini öyrənmək üçün aerostatda uçuş həyata keçirmişdir.[9]

Fəaliyyəti

redaktə

Əsas tədqiqatları optika, elektrodinamika və akustikaya aiddir. İşığın polyarlaşma müstəvisinin fırlanma qanununu  müəyyənləşdirib (Bio qanunu, 1815), kristallarda və üzvi maddələrdə işığın polyarlaşma müstəvisinin fırlanmasını tədqiq etmiş və bununla da saxarimetriyanın əsasını qoymuşdur. F. Savarla birlikdə sabit elektrik cərəyanının maqnit sahəsinin intensivliyini təyin edən qanunu kəşf etmişdir (Bio–Savar qanunu, 1820). İ. Nyutonun irsini araşdırıb; məşhur fizika kursunun müəllifidir (1816).[9]

Həmçinin bax

redaktə
  • Fransa Politexnik Məktəbi

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. ↑ 1 2 3 4 5 6 7 8 Maktutor riyaziyyat tarixi arxivi. 1994.
  3. ↑ 1 2 3 4 5 www.accademiadellescienze.it (it.).
  4. ↑ https://gw.geneanet.org/duglos?lang=fr&n=biot&oc=0&p=jean+baptiste.
  5. ↑ list of professors at Collège de France.
  6. ↑ Mathematics Genealogy Project (ing.). 1997.
  7. ↑ Fransa Akademiyası. 1635.
  8. ↑ Jean-Baptiste Biot - Académie des sciences (fr.).
  9. ↑ 1 2 3 Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 4-cü cild: Bəzirxana – Brünel (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2013. səh. 53. ISBN 978-9952-441-03-1.

Xarici keçidlər

redaktə
  • Qisa bioqrafiyası
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Jan_Batist_Bio&oldid=5758666"
LOVE.AZ