. Love.az

Jan Batist Bussenqo - Wikipedia - Love.az

Ana Səhifə - Jan Batist Bussenqo

Jan Batist Bussenqo (fr. Jean-Baptiste Joseph Dieudonné Boussingault) (2.2.1801, Paris – 11.5.1887, Paris) — Fransız aqrokimyaçısı, Paris Elmlər Akademiyasının üzvü (1839-cu ildən).[3]

Jan Batist Bussenqo
fr. Jean-Baptiste Joseph Dieudonné Boussingault
Jan Batist Bussenqo
Jan Batist Bussenqo
Doğum tarixi 2 fevral 1801
Doğum yeri Paris
Vəfat tarixi 11 may 1887 (86 yaşında)
Vəfat yeri Paris
Dəfn yeri
  • Per-Laşez qəbiristanlığı[1][2][…]
Milliyyəti fransız
Təhsili Ali Mədən Məktəbi
Fəaliyyəti Fransız aqrokimyaçısı,
Üzvlüyü
  • İsveç Kral Elmlər Akademiyası,
  • Fransa Elmlər Akademiyası,
  • Prussiya Elmlər Akademiyası[d],
  • ABŞ Milli Elmlər Akademiyası (1883–)
Mükafatları Fəxri Legion ordeninin yüksək rütbəli zabiti (Fransa) İncəsənət və elm sahəsində Pour le Mérite ordeni (Prussiya)
"Kopli" medalı (Birləşmiş Krallıq) — 1878
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Fəaliyyəti
  • 3 Həmçinin bax
  • 4 İstinadlar
  • 5 Xarici keçidlər

Həyatı

redaktə

Sent-Etyendə Ali Mədən Məktəbini bitirmişdir. Lion Universitetinin (1832-ci ildən), Versal Aqrokimya İnstitutunun (1837-ci ildən) professoru olmuşdur; 1839-cu ildən İncəsənət və Peşə Konservatoriyasında (Paris) dərs demişdir.[3]

Fəaliyyəti

redaktə

Əsas işləri bitkilərin kök qidalanmasına və təbiətdə maddələrin (başlıca olaraq, torpaqda azotun) dövranına həsr edilmişdir. Bitkilərin (paxlalılardan başqa) torpaqdan azot almasını müəyyənləşdirmişdir.[3]

Havadakı karbon-dioksidin yaşıl bitkilər üçün karbon mənbəyi olduğunu sübut etmişdir. Bitkilərin udduğu karbon-dioksidin həcminin ayrılan oksigenin həcminə bərabər olduğunu müəyyənləşdirmişdir (1864).[3]

Həmçinin bax

redaktə
  • Aqrokimya

İstinadlar

redaktə
  1. ↑ Jouin H. La sculpture dans les cimetières de Paris (fr.). // Nouvelles archives de l’art français 1897. Vol. 3e série, tome 13. P. 126. ISSN 0994-8066; 2419-2465
  2. ↑ Moiroux J. Le cimetière du Père-Lachaise (fr.). Paris: 1908. P. 83.
  3. ↑ 1 2 3 4 Bussenqo// Azərbaycan Milli Ensiklopediyası : [25 cilddə] / baş red. M. K. Kərimov. — Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi, 2014. — V cild. — Səhifələrin sayı: 592. — Səh.: 119. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.

Xarici keçidlər

redaktə
  • Jan Batist Bussenqo
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Jan_Batist_Bussenqo&oldid=7157910"
LOVE.AZ