Köhnə Alvadı — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Masallı rayonunun Banbaşı kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Köhnə Alvadi kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.[1] 8 fevral 2000-ci il tarixli 809-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Masallı rayonunun Köhnə Alvadı kəndi Banbaşı kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Köhnə Alvadı kənd inzibati ərazi vahidi yaradılmışdır.[2]
Köhnə Alvadı | |
---|---|
39°02′51″ şm. e. 48°38′18″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 9 m |
Saat qurşağı | |
Xəritəni göstər/gizlə
|
Kəndin qədim adı Alvadı olmuşdur. XIX əsrdə bu kənddən yeni yaşayış məntəqəsi yarandıqdan sonra əvvəlki kənd Köhnə Alvadı, yeni məntəqə isə Təzə Alvadı adlandırılmışdır. Yerli əhalinin dediyinə görə, bu ərazi qırmızı lalələrlə örtüldüyündən onu Alvadi (qırmızı çöl) adlandırmışlar.[3]
Əhalisi 3699 nəfərdir.[4]
Masallı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |