. Love.az

Kovrek Soyud - Wikipedia - Love.az

Ana Səhifə - Kovrek Soyud

Kövrək söyüd (lat. Salix × fragilis) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü.

Kövrək söyüd
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Evdikotlar
Klad:
Bazal evdikotlar
Klad:
Superrozidlər
Klad:
Rozidlər
Klad:
Fabidlər
Dəstə:
Malpigiyaçiçəklilər
Fəsilə:
Söyüdkimilər
Cins:
Söyüd
Növ:
Kövrək söyüd
Beynəlxalq elmi adı
  • Salix ×fragilis
Vikianbarın loqotipi
Şəkil
axtarışı
NCBI  77063

Mündəricat

  • 1 Təbii yayılması
  • 2 Botaniki təsviri
  • 3 Ekologiyası
  • 4 Azərbaycanda yayılması
  • 5 İstifadəsi
  • 6 Sinonimləri
    • 6.1 Homotipik sinonimləri
  • 7 Yarımnövləri
  • 8 İstinadlar
  • 9 Həmçinin bax

Təbii yayılması

redaktə

Avropada, Qərbi Asiyada təbii halda yayılmışdır.

Botaniki təsviri

redaktə

Hündürlüyü 15-20 m-ə, gövdəsinin diametri 1 m-ə çatan ağac və ya kol bitkisidir. Çətri şarşəkilli, salxımvaridir. Qabığı külvarı, dərin çatlıdır. Budaqları düz, bir qədər əyilmiş, çılpaq, parlaq, qırmızımtıl və ya yaşımtıl göy rəngdədir. Yarpaqları çılpaq, nazik, uzunluğu 5-7, 5 sm, eni 1,2 sm, yumurtavari, lansetvari, parlaq, kənarları dişlidir. Tumurcuqları tünd-qonur rəngli, bir qədər uzun, əyilmişdir. Sırğaları yarpaqlarla eyni vaxtda əmələ gəlib, uzunluğu 4-5 sm, meyvələrdə dişi sırğalar isə 6-7 sm uzunluğa çatır. İri sırğaları qırmızımtıl rəngli olub dekorativ görünüşlüdür. Kasacıqları sarımtıl-yaşıl və ya açıq sarı rənglidir. Erkəkcikləri 2, sərbəst, alt tərəfdən tükcüklüdür. Yumurtalığı çılpaq, yumurtavari-konusvari formalıdır, ayaqda yerləşir. Sütuncuğu qısadır. Dişicik ağızcığı ikiyə bölünmüş, qısa, şaxələnmiş pərlidir. Payızda yarpaqları yaşıl və ya sarımtıl olur. Kökləri yaxşı inkişaf edir.

Ekologiyası

redaktə

Çaykənarı sahillərdə, bataqlıqlarda, çimli, gilli torpaqlarda yaxşı bitir. Şaxtaya davamlı, güclü küləklərə isə davamsızdır.

Azərbaycanda yayılması

redaktə

Azərbaycanda geniş becərilir.

İstifadəsi

redaktə

Qiymətli balvericidir. Dekorativ məqsədlərlə oduncağından bəzək əşyaları, taxta qab düzəldilməsində, qabığı və budaqlarından isə hörmə əşyaların düzəldilməsində istifadə edilir. Eyni zamanda tikinti materialı olaraq müxtəlif sahələrə tətbiq edilir. Yarpaqlı budaqları mal-qara tərəfindən yeyilir. Təbabətdə yarpaqlarından dərman düzəldilir.

Sinonimləri

redaktə

Homotipik sinonimləri

redaktə
  • Oisodix × decipiens Raf.
  • Psatherips × fragilis (L.) Raf.
  • Salix × decipiens Hoffm.
  • Salix × fragilis var. decipiens W.D.J.Koch
  • Salix × fragilis subsp. pendula Bonnier & Layens
  • Salix × pendula Ser.

Yarımnövləri

redaktə
  • Salix × fragilis f. fragilis
  • Salix × fragilis f. vitellina (L.) I.V.Belyaeva

İstinadlar

redaktə

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Kövrək_söyüd&oldid=8006946"
LOVE.AZ